Mallar nisyə satılarkən NKA çeki verilməlidirmi?

birbank biznes

Sual: Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydalarına əsasən, pərakəndə ticarət zamanı alıcılara NKA çeki təqdim olunmalıdır. Bəs əgər mallar pərakəndə şəkildə nisyə satılırsa, bu zaman NKA çeki verilməlidir mi?

Misal: Müştəri 1300 manatlıq malı 12 aylıq ödəniş şərti ilə alıb. Bu zaman ilkin ödəniş 100 AZN və növbəti 12 ay ərzində hər ay 100 AZN ödəniş edir. Bu zaman satış zamanı müştəriyə ilkin ödənişin NKA çeki (100 AZN) verilməlidir yoxsa ümumi satışın (1300 AZN) çeki?

Cavab: Bildiririk ki, malların dəyərinin hissə-hissə ödənilməklə nisyə qaydada satışı həyata keçirildikdə, bu cür satış zamanı hər ödəniş hissəsinə mütənasib alıcıya nəzarət-kassa aparatının çeki təqdim olunur və həmin çekdə Vergi Məcəlləsinin 50.8-ci maddəsində nəzərdə tutulmuş məlumatlar əks etdirilir.

Əsas: Vergi Məcəlləsinin 16-cı və 50-ci maddələri.



Bax:

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *