Sual: Müəssisə ƏDV ödəyicisidir. İdxal etdiyi mallara görə gömrükdə ödənilən ƏDV büdcədən əvəzləşdirilir. Gələcəkdə satışla əlaqədar olaraq, bəzi modellərin qiymətinin ucuzlaşdırılması hallarına rast gəlinir və belə olan halda bəzi maya dəyərindən aşağı qiymətə satılır. Mallar maya dəyərindən aşağı qiymətə satılarkən, yaranacaq ƏDV öhdəlikləri ilə əlaqədar məlumat verməyinizi xahiş edirəm.
Cavab: Əlavə dəyər vergisi məqsədləri üçün vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın Əlavə dəyər vergisi nəzərə alınmadan məbləği əsasında müəyyən edilir. (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla).
Həmçinin təqdim etdiyiniz mala görə hesablanmış Əlavə dəyər vergisi idxalda ödədiyiniz və əvəzləşdirdiyiniz ƏDV-dən az olduqda fərq tərəfinizdən büdcəyə ödənilməlidir.
Eyni zamanda, mallar güzəştli qiymətlə təqdim edilərkən güzəştli qiymət vergi ödəyicisinin 30 gün ərzində eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdiyi qiymətlərin səviyyəsindən 30 faizdən aşağı olduqda Əlavə dəyər vergisi hesablanarkən vergitutma məqsədləri üçün satış qiyməti olaraq məhsulun bazar qiyməti əsas götürülür.
Əsas: Vergi Məcəlləsinin 14-cü, 159-cu, 163-cü maddələri.
Mənbə: taxes.gov.az