Türkiyədə özəl rabitə vergisinin dərəcəsi 7,5 faizdən 10 faizə qaldırılıb. Bu vergi 1999-cu ildə baş vermiş zəlzələdən sonra təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına yardım məqsədilə müvəqqəti tətbiq olunmağa başlamış, 2003-cü ildən isə daimi tutulması qərara alınmışdı.
Prezident sərəncamı ilə dərəcəsi artırılmış özəl rabitə vergisi aşağıdakı sahələri əhatə edir:
- hər növ mobil elektron xəbərləşmə xidmətləri;
- radio və televiziya yayımlarının peyk platforması və kabel mühitindən ötürülməsi ilə bağlı xidmətlər;
- kabelli, kabelsiz və mobil internet servislərini təmin edən xidmətlər;
- digər elektron xəbərləşmə xidmətləri.
Mənbə: vergiler.az