Müvəqqəti inzibatçı kimdir? Hansı hallarda təyin edilir?

birbank biznes

Müvəqqəti inzibatçı kimdir? Hansı hallarda təyin edilir?

Bu yazımızda müvəqqəti inzibatçılar barədə məlumat verməyə çalışacağıq.

Bank qanunvericiliyinə görə müvəqqəti inzibatçı dedikdə həm müəyyən hallarda nəzarət orqanı tərəfindən təyin edilən, həm də ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası çərçivəsində nəzarət orqanının adından bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən şəxs başa düşülür.

Anlayışından da göründüyü kimi müvəqqəti inzibatçı bir neçə halda nəzarət orqan tərəfindən təyin edilir.

Ödəmə qabiliyyətini itirmiş banklarda inzibatçıların təyin edilməsi halları qismində aşağıdakıları qeyd etmək mümkündür:

– bankın məcmu kapitalının miqdarı nəzarət orqanının banklar üçün müəyyən etdiyi məcmu kapitalın minimum miqdarının 25 faizinə və ya onun adekvatlıq əmsalı 3 faizə çatdıqda;

– müəyyən istisnalar nəzərə alınmaqla, bank hər hansı öhdəliyi üzrə ödənişlərin icrasını təmin edə bilmədikdə və ya icra müddəti bitməkdə olan öhdəliklərinin icrası üçün yetərli miqdarda likvid vəsaitə malik olmadıqda;

– bank lisenziyası qanunvericiliklə müəyyən edilmiş digər əsaslar üzrə ləğv edilməli olduqda.

Bu hallarda bankın idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri dayandırılır və müvəqqəti inzibatçıya keçir.

Onu da qeyd edək ki, bank vaxtı çatmış maliyyə öhdəliklərini kreditorlar tərəfindən tələblər irəli sürüldükdə ödəməyə qadir olmadıqda, yəni bank barəsində iflas proseduruna başlanıldıqda bu barədə vəsatəti bankın kreditorları nəzarət orqanına sonra da nəzarət orqanı tərəfindən banka müvəqqəti inzibatçı təyin edilir.


Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov

Bax:

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *