Dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyətin vaxtı uzadıldı

birbank biznes

vergi ödəyiciləri, müvəqqəti vergi rejimi, fəaliyyət bərpa olunur, gömrük, xüsusi karantin rejimi, İcbari tibbi sığorta, birdəfəlik ödəmə, tədbirlər planı, , digər rayonlara getmək, karantin, aksiz dərəcələri, təsnifat kodları, Vergidən azadolunma,Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 31 may 2020-ci il tarixinədək uzadılıb.

Bu barədə “Report”a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumatda deyilir:

“Hazırda dünya dövlətləri tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri davam edir. Həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərində giriş-çıxışa müvəqqəti olaraq məhdudiyyətin tətbiqi barədə qərar verərək beynəlxalq uçuşları təxirə salıb.

COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilib və virusun ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 31 may 2020-ci il tarixədək uzadılıb”.

Mənbə: report.az


Bax: Karantini pozmaq üçün saxta arayışlar satan daha bir şirkət rəhbəri saxlanıldı

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *