Məzuniyyət və Əmək haqqı eyni ayda olduqda tutulmalar necə hesablanır?
Sual: Qeyri-neft sahəsində, işçinin əmək haqqı gross 6000 azn-dir. İşçi cari ayı tam işləyib, gələn ayın 1-dən 25 günlük növbəti əmək məzuniyyətinə çıxır. Bilirik ki, qeyri neft sahəsində 8000 azn-nə qədər əmək haqqı gəlir vergisinə cəlb olunmur. Cari ayın əmək haqqı və gələn ayda istifadə ediləcək növbəti məzuniyyət haqqı eyni ayda hesablanır. Toplananda 8000 azn-dən xeyli çox çıxır. Bu zaman ə/h-dan gəlir vergisi tuturmu?
Cavab: Bildiririk ki, işçiyə verilən məzuniyyət haqqının hər aya düşən hissəsi həmin ayların əmək haqqı ilə cəmlənərək gəlir vergisinə cəlb edilir.
Eyni zamanda 1 yanvar 2019-cu il tarixdən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda vergi 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir.
Sorğunuzda qeyd olunan halda, işçinin növbəti ay üçün əmək haqqı və həmin ay üçün hesablanmış məzuniyyət haqqı cəmlənərək 8000 manatdan artıq olan hissəsindən 14 faiz dərəcə ilə gəlir vergisi tutulur.
Əsas: Vergi Məcəlləsinin 98-ci, 101.1-1-ci maddəsi.
Mənbə: taxes.gov.az
Bax:
Məcburi sosial sığortanı kimlər ödəyir?
Vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar hansılardır?
Əmək məzuniyyətinin verildiyi iş ilinin müəyyən olunması
İşçilərin attestasiyası hansı qaydada həyata keçirilir?
Əmək müqaviləsinə xitam verilməsi
İnventarizasiya zamanı əskikgəlmələr olduqda sənədləşmə və vergi öhdəlikləri
Sığorta ödəmələrinin təsnifatı