Vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar hansılardır?

birbank biznes

Vergi borcları, Əmlak vergisi ödəyicisi, Vergi qanunvericiliyi, malların uçotu, təhtəlhesab əməliyyatlar, Zərərin keçirilməsi, Kassa çeki, Vergi Məcəlləsinə dəyişikliklər, Əsas vəsaitlərin alışı, Vergi Məcəlləsinə dəyişiklik, Publik hüquqi şəxslər, Təmir xərcləri, Vergi Məcəlləsində dəyişiklik, Vergi elementləri, Nağdsız hesablaşmalar, Zərərin növbəti illərə keçirilməsi, səyyar vergi yoxlaması, Ezamiyyə xərci, vergi məcəlləsi, Vergi ödəyicilərinin hesabatlılığı, Vergi Məcəlləsinə dəyişikliklər, Bəyannamə və Vergitutma, Mənfəət vergisi üzrə güzəşt, vergi məcəlləsi, Nizamnamə kapitalı,Vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar aşağıdakılardır:

– Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun təbii fəlakət, yaxud digər fövqəladə və qarşısıalınmaz hadisələr nəticəsində törədilməsi;

– Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun vergi ödəyicisi – fiziki şəxs tərəfindən xəstə halı ilə əlaqədar olaraq öz hərəkətlərinə nəzarət (özünə hesabat verməyi) və rəhbərlik etməyi bacarmadığı vəziyyətdə törədilməsi;

– Vergi ödəyicisi və ya vergi agenti tərəfindən vergi orqanının və ya digər səlahiyyətli dövlət orqanının, yaxud onların vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri yazılı göstərişlərinin və ya izahatlarının yerinə yetirilməsi;

– Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərara əsaslanmaqla və ya onun icrası nəticəsində törədilməsi;

– Vergi orqanlarının qərarlarına yenidən baxıldıqda vergi ödəyicisinin hərəkətləri üçün hüquqi əsaslar olmasının aşkar edilməsi;

– Hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması;

– Vergilərin düzgün hesablanmaması və vergi öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı vergi qanunvericiliyinin pozulmasının vergi orqanının yoxlamasına qədərki dövrdə vergi ödəyicisinin özü tərəfindən aradan qaldırılması.

Əsaslandırma: Vergi Məcəlləsinin 55.1-ci maddəsi.

Mənbə: taxes.gov.az


Bax:


TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun