İnventarizasiya zamanı əskikgəlmələr olduqda sənədləşmə və vergi öhdəlikləri

Sual: Yerli rezident özəl hüquqi şəxsin ambarında (skladında) keçirilmiş inventarlaşma nəticəsində bir ədəd satış üçün nəzərdə tutulmuş malın (məhsul) (onun qiyməti 550 manatdır, vaxtı ilə həmin mal ƏDV-nin əvəzləşdirilməsi ilə əldə olunmuşdur), sexində isə bir ədəd əsas vəsaitl və 3 (üç) ədəd tez köhnələn əşyaların (onlar özəlləşdirmə nəticəsində əldə olunmuşdurlar, yəni ƏDV-nin əvəzləşdirilməsi halı olmamışdır) əskik gəlmələri invertarlaşma komissiyası tərəfindən aşkar edilmişdir, həmin əşyalar direktorun əmri ilə müəssisənin mühasibat uçotunda olan əşyalar (obyektlər) sırasından (balansdan) silinmişdirlər.

Bu halda yerli rezident özəl hüquqi şəxs olan vergi ödəyicisi tərəfindən hansı vergilər hesablanmalı və ödənilməlidir? Xahiş edirəm cavbınızı həm ƏDV və mənfəət vergisi olan vergi ödəyicisi üçün, həm də sadələşdirilmiş vergi ödəyicisi olan vergi ödəyici üçün hazırlayasınız.

Cavab: Bildiririk ki, aktivlərin və öhdəliklərin inventarizasiyası zamanı mövcud olan aktivlərin və öhdəliklərin mühasibat uçotu məlumatlarından kənarlaşan məbləğlərinin tənzimlənməsi qaydası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 4 aprel 2016-cı il tarixli Q-09 nömrəli qərarı ilə təsdiq edilmiş “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları” (bundan sonra – Qaydalar) ilə müəyyən edilmişdir.

Belə ki, Qaydaların 18-ci bəndinə əsasən aktivlərin və öhdəliklərin inventarizasiyası zamanı, onların ayrı-ayrı kateqoriyaları üzrə uçot məlumatlarından kənarlaşma hallarını müəyyən etmək üçün inventarizasiya cədvəli tərtib edilir. İnventarizasiya cədvəllərində inventarizasiyanın nəticələri, yəni mühasibat uçotu məlumatları ilə faktiki inventarizasiya məlumatları arasındakı kənarlaşmalar (fərq) göstərilir.

Qaydaların 19.1.4-cü bəndinə əsasən aktivlər üzrə əskikgəlmələr və itkilərin (habelə təbii itki normalarından artıq xarabolmalar, əskikgəlmələr və itkilər də daxil olmaqla) səbəbləri və təqsirkar şəxslər müəyyənləşdirilməklə onların məbləğləri (əskikgəlmələr və itkilər müəyyən etdiyi vaxtda bazar qiymətləri ilə) təqsirkar şəxslərin hesabına yazılır.

Banner

Eyni zamanda, əskik gəlmiş əmtəə-material ehtiyatları forması Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 30.06.2017-ci il tarixli Q-08 nömrəli qərarı ilə təsdiq edilmiş ciddi hesabat blankı olan “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”la sənədləşdirilir.

Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 23-cü, 67-ci, 159-cu, 161-ci, 219-cu maddələri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 4 aprel 2016-cı il tarixli Q-09 nömrəli və 30.06.2017-ci il tarixli Q-08 nömrəli Qərarları.

Mənbə: taxes.gov.az


Bax:


TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun