Məcburi sosial sığortanı kimlər ödəyir?

birbank biznes

Məcburi sosial sığorta, Sığorta ödəmələri, sığorta, Həyatın yığım sığortası, icbari sığorta, Şərikli sığorta, sığorta olunanın hüquqları,Azərbaycanda məcburi dövlət sosial sığortasına (MDSS-ə) cəlb olunan şəxslər 7 qrupa ayrılır:

1. Əmək müqaviləsi ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər;

2. Fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər;

3. Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər (Neft-qaz sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən əcnəbilər və sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən işçilər (2016-cı il mayın 1-dən 5 il müddətində) istisna olmaqla);

4. Seçkili ödənişli vəzifələrdə işləyənlər, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla);

5. Prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri vergi orqanlarının işçiləri;

6. Vəkillər kollegiyasının üzvləri;

7. Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər;

“Sosial sığorta haqqında” Qanuna əsasən, yuxarıdakı 7 qrupa daxil olan şəxslərin gəlirlərinin MDSS-ə cəlb olunması qaydası eyni deyil: onlarla bağlanmış müqavilələrin növündən və xarakterindən asılı olaraq, MDSS-ə cəlb olunma metodu da fərqli qaydada aparılır. Qeyd olunan cəlb olunma metodlarını aşağıdakı qrafik daha əyani əks etdirir:

MDSS-ə fərqli qaydada cəlb olunan işçilərin və gəlirlərin təsnifatı

Əmək müqaviləsi ilə işləyən işçilərin M.D.S.S-ə cəlb olunması Xidmət müqaviləsi ilə çalışan işçilərin (vətəndaşların) M.D.S.S.-ə cəlb olunması Fərdi sahibkarların M.D.S.S.-ə cəlb olunması
Muzdlu işdən əldə olunan gəlirlər Muzdlu işə aid olmayan və ya qeyri-sahibkarlıq faliyyətindən əldə olunan gəlirlər Sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər
Bu cür işçilərin gəlirləri üzrə MDSS həm işəgötürən, həmdə işçi tərəfindən ödə­ni­lir. Belə ki, müəssisə (işə­gö­tü­rən) hesablanmış ümumi əməkhaqqı fondundan qa­nun­la müəyyən edilmiş qay­dada MDSS ödəyir. Bu cür işçilərin gəlir­ləri üzrə MDSS yalnız işçi­dən tutula­raq ödə­ni­lir. Bu cür işçilərin gəlir­ləri üzrə MDSS ölkə üzrə müəyyən edilmiş mini­mum əməkhaq­qına nis­bət­də müəy­yən faizlə he­sab­lanır. Bu zaman he­sab­la­nan fa­iz­lər sahibka­rın fəaliy­yət göstərdiyi sek­tor­dan (xidmət, tikin­ti, ticarət, isteh­sal və s.) ası­lı ola­raq dəyişir.

 

Mənbə: vergiler.az


Bax:


TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun