Təsisçidən alınmış borc məbləğinin nağd qaydada qaytarılmasına məhdudiyyət varmı?

Borc məbləğləri, Barter əməliyyatları, Cari vergi ödəmələri, Kameral uyğunsuzluq, Riskli vergi ödəyicisi, Kassa metodu, Kameral vergi yoxlaması, nizamnamə kapitalı, vergi ödəyicilərinin mənfəəti, Xidmətlərin göstərilməsi, daşımalar, Ödəmə mənbəyində vergi, Vergi tutulan əməliyyatın vaxtı, dividendlər, vergi güzəştləri, maliyyə dəstəyi, vergi borcu, Vergi Məcəlləsi, vergi mükəlləfiyyəti, ƏDV məqsədləri, riskli vergi ödəyicisi, Əmtəəsiz əməliyyat, Debitor borclar, Fiziki şəxs, Vergi Məcəlləsi, maliyyə sanksiyası, gəlir vergisi, təsis payı, kassa, vergi, Kənd təsərrüfatı,Məlum olduğu kimi, yalnız nağdsız qaydada aparılmalı olan, habelə nağd qaydada aparılmasına icazə verilən əməliyyatların dairəsi və nağd xərcləmələrin limiti “Nağdsız hesablaşmalar haqqında” Qanunla (bundan sonra – Qanun) tənzimlənir.

Vergi orqanında uçotda olmayan təsisçidən alınmış borc məbləğləri vergi ödəyicisinin Qanununun (bundan sonra – Qanun) 3.3-cü maddəsində göstərilən şəxslər kateqoriyasına aid olmasından asılı olaraq həmin maddədə göstərilən hədlər daxilində (30 000 manat və ya 15 000 manat) nağd qaydada qaytarıla bilər. Təqvim ayı ərzində 30 000 manatdan və ya 15 000 manatdan artıq hesablaşmalar üzrə ödənişlər, o cümlədən alınmış borcların qaytarılması yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Qanunun 3.4.6-cı maddəsinin tələbinə görə vergi orqanında qeydiyyatda olan təsisçiyə isə borc məbləğləri yalnız nağdsız qaydada qaytarılmalıdır.

Qanunun qeyd olunan tələblərinin pozulmasına görə borc vəsaitlərini nağd qaydada ödəyən və qəbul edən şəxsə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 58.7-1-ci maddəsi və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Banner

Mənbə: taxes.gov.az


Bax:

TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun