Sual: Obyekt kodu almaq üçün bağlanılmış icarə müqaviləsi mütləq şəkildə notarial qaydada təsdiq olunmalıdır yoxsa obyekt sahibiylə birgə vergi idarəsinə yaxınlaşsaq notariusa ehtiyac qalmır?
Cavab: Bildiririk ki, vergi ödəyicisi tərəfindən təsərrüfat subyekti (obyekti) olduğu yer üzrə uçota alındıqda, “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə” forması doldurulur. Ərizəyə təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsi və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surətləri əlavə edilir. Bu zaman icarə müqaviləsinin notarial qaydada təsdiq olunması vergi orqanı tərəfindən tələb olunmur.
Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri, Vergilər Nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”.
Mənbə: taxes.gov.az
Bax: