Tələbələrlə əmək müqaviləsi bağlana bilərmi?

Tələbələrlə əmək müqaviləsi bağlana bilərmi?

müqavilə, əmək müqaviləsi, icarə,Əyani təhsil alan və dərsdən sonrakı boş vaxtlarında işləmək istəyən tələbə iş üçün müraciət etdikdə işəgötürənlər tələbə olduğunu əsas gətirərək onunla əmək müqaviləsi bağlamaqdan imtina edirlər. Məsələyə Dövlət Əmək Müfəttişliyi Xidmətinin baş əmək müfəttişi Arif İmamverdiyev aydınlıq gətirilir.

Tələbələrlə əmək müqaviləsi bağlanması ilə bağlı Əmək Məcəlləsində heç bir məhdudiyyət yoxdur. Lakin əmək müqaviləsi bağlanan zaman əyani təhsil alan tələbə ilə qiyabi təhsil alan tələbə arasında müəyyən fərqlər nəzərə alınmalıdır. Əyani təhsil alan tələbənin iş saatı ilə dərs saatı üst-üstə düşməməlidir. Qiyabi təhsil alan tələbələrin iş saatları isə tam olur, onlara sessiya vaxtı məzuniyyət verilir. Bu hallar müqavilədə nəzərə alınmalıdır.

Bundan başqa, “Məşğulluq haqqında” Qanuna əsasən, əyani təhsil alan tələbələr məşğul şəxs hesab olunurlar, ona görə də onları işsiz statusu ilə qeydiyyata almaq mümkün deyil. Əyani oxuyanlar işaxtaran statusu daşıyırlar. Qiyabi təhsil alan işsiz tələbələr isə işsiz statusu ala bilərlər.

Mənbə: vergiler.az

Banner

Bax:

TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun