Xarici ölkələrə ezamiyyə (qadağalar və öhdəliklər)

Məlum olduğu kimi müəssisə rəhbərinin əmri ilə işçinin daimi iş yerindən kənara müəyyən müddət ərzində xidməti tapşırığın icrası ilə əlaqədar getməsi xidməti ezamiyyə hesab edilir. Ezamiyyəyə gedən işçi ilə bağlı işəgötürənin aşağıdakı öhdəlikləri mövcuddur:

– Ezamiyyə zamanı işçinin orta aylıq əməkhaqqısı saxlanılır;

– bu müddət ərzində onunla bağlanmış əmək müqaviləsinə xitam verilə bilməz;

– bu müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz;

Banner

– hamilə və 3 yaşınadək uşağı olan qadınların, həmçinin yaşı 18-dən az olan işçilərin ezamiyyəyə göndərilməsi qadağandır;

– 3-14 yaşınadək, o cümlədən sağlamlıq imkanı məhdud uşağı olan qadınların isə yalnız razılığı ilə ezamiyyəyə göndərilməsi mümkündür.

– işçinin ezamiyyə müddətində əmək müqaviləsinin müddəti bitərsə, ezamiyyədən qayıtdıqdan sonra 1 həftə müddətində müqaviləyə xitam verilə bilər;

– avans olaraq verilmiş ezamiyyə üçün xərcləri ezamiyyədən qayıtdıqdan sonra artıq qaldığı hissədə əməkhaqqıdan tutula bilər.


Əlavə iş yerində çalışacaq işçilər üçün əsas məhdudiyyətlər hansılardır?

Xaricə ölkəyə ezamiyyə müddəti hər bir halda yolda olma müddəti nəzərə alınmamaqla, 40 gündən çox ola bilməz və müəssisə rəhbəri tərəfindən müəyyən edilməlidir. Onu da qeyd edək ki, müəssisə tərəfindən işçiyə mütləq əvvəlcədən pul avansı (mehmanxana, rabitə, nəqliyyat, qida xərcləri) ezamiyyə günlərinə uyğun ödənilir.

Nəqliyyat xərcləri əsasən təqdim edilən sənədlərə ödənilir və bu xərclərə taksi xərcləri daxil deyil. Ezamiyyədən qayıtdıqda xarici ölkəyə daxil olma və ölkədən çıxma barədə təsdiqedici qeydlər pasportda əks edilmiş vəziyyətdə müəssisəyə təqdim edilir.

Ezamiyyədə olma müddəti istirahət və ya qeyri-iş günlərinə düşərsə, qayıtdıqdan sonra işçiyə əlavə istirahət günü və ya əlavə əməkhaqqı ödənilməlidir. Onu da qeyd edək ki, işçiyə ödənilən və Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş ezamiyyə xərclərinin məbləği gəlir vergisindən azaddır.

Mövzu çərçivəsində onu da qeyd edək ki, işçilərə xarici ölkədə olmaqla əlaqədar ezamiyyə xərclərinin normaları ABŞ dolları və ya avro ilə (Yaponiyada yapon yeni) təsdiq edilib. Həmçinin xarici ölkələrə ezamiyyəyə gedən rəhbər işçilər üçün ödənilən ezamiyyə xərclərinə əlavə müvafiq kateqoriyalardan asılı olaraq 100-30% olaraq dəyişir. Bəzi rəhbər işçi kateqoriyaları üçün isə həmçinin 10% həcmində nümayəndəlik xərcləri də nəzərdə tutulmuşdur.

Mövzu ilə əlaqədar gündəlik normaları ətraflı keçidə daxil olmaqla oxuya bilərsiniz.


Praktiki “Bəyannamə və Hesabatların Hazırlanması” Kursu