Sual: Sadələşdirilmiş vergi ödəyici avans alır, növbəti ayda ƏDV ödəyicisi kimi qeydiyyata düşür. Daha sonrakı aylarda sadələşdirilmiş vergi mükəlləfiyyəti dövründə aldığı avansa görə mallar təqdim edir. Bu halda satışa ƏDV hesablanması hansı qaydada aparılır? Satış dövrləri üzrə yoxsa mükəlləfiyyət dəyişdikdən əvvəlki dövrdən qalan avanslara dərhal ƏDV hesablanmalıdır?
Cavab: Bildiririk ki, sadələşdirilmiş vergini tətbiq etdiyi dövrdə avans almış və sonradan ƏDV ödəyicisi olmuş vergi ödəyicisi üçün əvvəlcədən dəyəri ödənilən mallar üzrə ƏDV-nin vergitutma obyekti həmin malların təqdim edilməsi üzrə elektron vergi hesab-fakturasının verildiyi və ya verilməli olduğu hesabat ayında ƏDV-yə cəlb olunmalıdır.
Bax: Vergi Məcəlləsinin 159-cu, 161-ci və 166-cı maddələri.
Mənbə: taxes.gov.az
Bax:
Məcburi sosial sığortanı kimlər ödəyir?
Ödənilmə vaxtı keçmiş və artıq ödənilmiş vergilər üzrə faizlər
Sərnişin və yükdaşıyan şəxslərin vergi və sosial ödənişləri
Əmək məzuniyyəti ən tez nə zaman verilə bilər?
102.2.5 maddəsindəki güzəşt üçün hansı sənədlər tələb edilir?
İşçilərin attestasiyası hansı qaydada həyata keçirilir?