Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir. Mülki Məcəllənin 90.1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi MMC-nin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında MMC-nin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. MMC dividend verdikdə hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ nəzərə alınır. Dividendin ödənilməsi qərar qəbul olunduqdan sonra bir ay müddətində ödənilməlidir.
MMC-lərdə dividend verilməsi ilə bağlı qadağalar da mövcuddur. Misal üçün, təşkilatın xalis aktivlərinin dəyəri 30.000 manat, nizamnamə kapitalı 35.000 təşkil edirsə, MMC dividend verə bilməz. Çünki xalis aktivlərin dəyəri nizamnamə kapitalının məbləğindən az olduğu üçün qanunvericilik dividend verilməsini qadağan edir.
Başqa bir misala baxaq. Tutaq ki, təşkilatın xalis aktivlərinin dəyəri 50.000 manat, nizamnamə kapitalı isə 40.000 manatdır. Qərara əsasən, 12.000 manat dividend verilməsi qərarlaşdırılarsa, bu halda da dividendin verilməsi qanuna ziddir. Çünki qərarın qəbul edilməsi nəticəsində xalis aktivlərin dəyəri (50.000 manat -12.000 manat = 38.000 manat) nizamnamə kapitalı məbləğindən (40.000 manat) az olacaq.
Qanunvericilik MMC-lərə dividend verilməsində başqa halı da müəyyən edir: əgər qərar qəbul edildiyi anda MMC qanunla müəyyən edilmiş müflisləşmə və ya iflas əlamətlərinə uyğun gəlir və ya həmin qərarın qəbul edilməsi nəticəsində belə əlamətlər əmələ gələrsə, dividend verilməsi qadağandır.
Mənbə: muhasibat.az
Bax:
Gecikməyə görə tətbiq edilən cərimə əlavə dəyər vergisinə cəlb edilirmi?
Maddi yardım məcburi dövlət sosial sığortasına cəlb edilməyən gəlirlərə aiddir?
Beynəlxalq daşımalarda çalışan ekspeditorun ƏDV öhdəliyi
Eyni vaxtda iki qayda pozuntusuna görə maliyyə sanksiyasının hesablanması
166-cı maddədə “debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt” dedikdə nə nəzərdə tutulur?
Sahibkarlıq fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciət daxil olduqda həmin fiziki şəxsdə növbədənkənar səyyar vergi yoxlaması da keçirilə bilər?
Bina tikintisi fəaliyyəti zamanı vergi öhdəlikləri
İşçinin əmək haqqından işəgötürən tərəfindən həyata keçirilən tutulmalar hansılardır?
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.