Vergilər Nazirliyinin mövzuya dair şərhində bildirilir ki, mülki qanunvericiliyə əsasən, ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Ekspeditorun öz xidmətləri üçün aldığı muzd onun vergitutulan əməliyyatlarına aid edilir. (ƏDV öhdəliyi)
Buna əsasən, mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olmadan yüklərin daşınmasını daşıyıcılar vasitəsilə həyata keçirən şəxslər vasitəçilik xidmətlərinin göstərilməsi üzrə bağlanmış müqavilələrə görə ona ödənilən xidmət haqlarından Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən ümumi qaydada mənfəət vergisini hesablayıb dövlət büdcəsinə ödəməlidir.
Bunlarla yanaşı vergi ödəyicisinin vergi tutulan əməliyyatlarının həcmi, yəni xidmət haqları 200.000 manatdan artıq olduğu halda ekspeditor xidmətlərinin göstərilməsindən əldə edilən xidmət haqları 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir.
Mənbə: vergiler.az
ƏDV
Bax:
-
Gecikməyə görə tətbiq edilən cərimə əlavə dəyər vergisinə cəlb edilirmi?
-
İşçinin əmək haqqından işəgötürən tərəfindən həyata keçirilən tutulmalar hansılardır?
-
Sosial xarakterli xərclər hansılardır?
-
Eyni vaxtda iki qayda pozuntusuna görə maliyyə sanksiyasının hesablanması
-
166-cı maddədə “debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt” dedikdə nə nəzərdə tutulur?
-
Sahibkarlıq fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciət daxil olduqda həmin fiziki şəxsdə növbədənkənar səyyar vergi yoxlaması da keçirilə bilər?
-
Bina tikintisi fəaliyyəti zamanı vergi öhdəlikləri
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.