Sual: Vergi ödəyicisi çınqıl qum istehsalı ilə məşğul olur. Vergi ödəyicisinin əlavə dəyər vergisi qeydiyyatına alınan tarixdən qabaq olan mal qalığı təqdim edilərkən, həmin mala əlavə dəyər vergisi tətbiq edilməlidirmi? Nəzərinizə çatdırıram ki, həmin mal istehsal edilən vaxt vergi ödəyicisi əlavə dəyər vergisi qeydiyyatında olmayıb və alınmış mal və xidmətlərin ƏDV-sinin əvəzləşdirilməsi hüququ olmayıb.
Cavab: Bildiririk ki, sadələşdirilmiş vergi ödəyicisi əlavə dəyər vergisi qeydiyyatına alındığı tarixdən etibarən təqdim etdiyi mallar, iş və xidmətlər ƏDV-nin vergitutma obyekti hesab olunur.
Vergi Məcəlləsinin 159.7-ci maddəsinin müddəaları əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyatda olan vergi ödəyicilərinin əlavə dəyər vergisi ödənilməklə apardığı əməliyyatlara tətbiq edildiyindən, sorğunuzda qeyd olunan vergi ödəyicisinin əlavə dəyər vergisi ödəyicisi olmadığı dövrdə ƏDV-yə cəlb edilən əməliyyat nəticəsində əldə edilən malları təqdim etməsi əlavə dəyər vergisi tutulan əməliyyat sayılır. Yəni Vergi Məcəlləsinin 159.7-ci maddəsi sadələşdirilmiş vergi ödəyicilərinə aid edilmir.
Əsas: Vergi Məcəlləsinin 159-cu, 175-ci maddələri.
Mənbə: taxes.gov.az
Bax:
-
Kompensasiya xarakterli gəlirlər mənfəət vergisindən azad edilir?
-
İcarəyəverən vergi ödəyicisi olmayan halda kommunal xərclər icarəçi üçün necə xərc kimi nəzərə alına bilər?
-
İcarə zamanı vergi və bəyannamə təqdim etmək öhdəliyi
-
Müavinət işsizlikdən sığorta haqqına cəlb edilirmi?
-
Aktivlərin təqdim edilməsi Əlavə Dəyər Vergisinə necə cəlb olunur?