fbpx
Home » Vergi » İcarəyəverən vergi ödəyicisi olmayan halda kommunal xərclər icarəçi üçün necə xərc kimi nəzərə alına bilər?

İcarəyəverən vergi ödəyicisi olmayan halda kommunal xərclər icarəçi üçün necə xərc kimi nəzərə alına bilər?

birbank biznes

İcarəyəverən vergi ödəyicisi olmayan halda kommunal xərclər icarəçi üçün necə xərc kimi nəzərə alına bilər?

xərc,Sual: Vergi ödəyicisi olmayan şəxs sahib olduğu obyekti icarəyə verib. Həmin obyektə elektrik sayğacını quraşdırmaq üçün də müvafiq quruma müraciət edir.

1-ci sual: Obyekt yiyəsinin VÖEN-i olmadığına görə işıq idarəsi tərəfindən elektron qaimə tərtib olunmamalıdır, yoxsa bu halda icarəyə götürən vergi ödəyicisinə elektron qaimə yazılmalıdır?

2-ci sual: Həmin obyekt sahibləri mütləq vergi uçotuna durmalıdırlarmı? Bu barədə məlumat verməyinizi xahiş edirəm.

Cavab: İcarəyə götürülmüş obyekt üzrə kommunal xərclərin icarəçi tərəfindən icarəyə verənə və ya icarəyə verənin xeyrinə kommunal xidmətlər göstərən təşkilatın hesabına ödənilməsi tərəflər arasında bağlanmış icarə müqaviləsində nəzərdə tutulduğu halda, həmin ödənişlər icarəçinin gəlirdən çıxılan xərclərinə aid edilir.

Bununla yanaşı icarəyə verilmiş obyektin kommunal xərclərinə görə icarəyə verən şəxsə təqdim edilən elektron qaimə-fakturanın o cümlədən elektron vergi hesab-fakturanı təkrar olaraq icarəçiyə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi və “İcarə haqqında” Azərbaycan Respublikasının 30 aprel 1992-ci il tarixli 114 nömrəli Qanunu.

Mənbə: taxes.gov.az


Bax:


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Kommunal xərclər, icarəçi, xərc

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!