Borcun bağışlanması zamanı hansı vergi öhdəlikləri yaranır?

EDV,Sual: Müəssisənin qeyri-rezidentə 200,000 (iki yüz min) avro borcu var. Həmin müəssisənin mənfəət bəyannaməsinə görə son 5 il ərzində 500,000 (beş yüz min) AZN zərərlə işləyib. Qeyri-rezident həmin borcun bir hissəsini (100,000 avro) müəssisəyə bağışlayıb. Bu zaman müəssisənin (rezidentin) hansı vergi öhdəliyi yaranır? (vergi öhdəlikləri)

Cavab: Bildiririk ki, rezident hüquqi şəxsə bağışlanmış borc pul vəsaitləri onun gəliri hesab olunmaqla satışdankənar gəlir kimi bəyan edilərək ümumi qaydada mənfəət vergisinə cəlb olunmalıdır.

Eyni zamanda, müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir.

Əsas: Vergi Məcəlləsinin 13.2.12-ci,104-cü, 105-ci və 121.1-ci maddələri.

Banner

Mənbə: taxes.gov.az


Bax:


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vergi öhdəlikləri

Leave a Reply

Your email address will not be published. Required fields are marked *