Xəbər verdiyimiz kimi Kapital Bank, “Breyn Rinq” televiziya layihəsinin maliyyə tərəfdaşıdır. 2019-cu ilin ikinci mövsümdə “Bilik Kuboku”nun sahibi və Azərbaycan çempionu “İçəri şəhər” komandası olub.
KapitalBank-ın nümayəndələri tərəfdaş olaraq qalib komanda ilə görüşüb və komandanı təbrik edib. Qalib komandaya 3000 manat pul və korporativ hədiyyələr təqdim edilib.
KapitalBank sosial yönümlü fəaliyyətinə uyğun olaraq, daim intellektual oyunları və təhsil layihələrini dəstəkləyir. Qeyd edək ki, KapitalBank həmçinin “Nə? Harada? Nə vaxt?” intellektual klubun da rəsmi tərəfdaşıdır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan KapitalBank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.