Bəzi hallarda işçinin başqa bir işçinin əmək funksiyasını icra etməsinə zərurət yaranır. Müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının digər işçi tərəfindən icrasına işçi və işəgötürənin razılığı ilə yol verilir.
Özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı, müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir.
Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əməkhaqqına əlavə müəyyən edilib verilir. Bu əlavə haqqın məbləği də işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir.
Vakant vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə də işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi vakant vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda vakant vəzifə üçün nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə onun əməkhaqqına əlavə ödənilir.
Mənbə: vergiler.az










