Bu halda idxal zamanı ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilmir

birbank biznes

ödənilmiş ƏDV-nin məbləği, ƏDV ödənişi, ƏDV hesablanması, ƏDV-nin qaytarılması, ƏDV depozit hesabı, ƏDV əvəzləşdirmələri, EDV,Sual: Vergi məcəlləsinin 175.6-cı maddəsinə əsasən “Dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilmir.” Vergi məcəlləsinin 175.10-cu maddəsinə əsasən Gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq bu maddənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verir.

Bilmək istərdik ki, Gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq Dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına alınmış mallar (işlər, xidmətlər) alınarkən də əvəzləşdirilməsinə əsas verir?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 175.6-cı maddəsinə əsasən subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına mallar (işlər, xidmətlər) alınarkən ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilmir.

Qeyd olunanları nəzərə alaraq bildiririk ki, dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına mallar (işlər, xidmətlər) alınarkən ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilmir.

Mənbə: taxes.gov.az


Bax:

TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun