Sual: İşçinin valideynlərindən biri 1941-1945-ci illər ərzində müharibədə iştirak edibsə, həmin işçiyə vergi tutulmalarında güzəştlər oluna bilərmi?
Cavab: Qanunvericiliyə edilmiş dəyişikliyə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır və güzəştdən istifadə etmək üçün yaş həddi nəzərdə tutulmamışdır. Güzəşt hüququ olan şəxs doğum haqqında şəhadətnamə və aşağıda qeyd olunan sənədlərdən birini təqdim etməklə müvafiq güzəştdən istifadə edə bilər:
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı;
AR Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, AR Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;
Əsas: Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi.
Mənbə: taxes.gov.az
Bax:
Hansı halda işçinin gəlirindən işsizlik sığortası tutulmur?
Hədiyyə bağışlanan şəxsin hansı vergi öhdəlikləri olur?
Auditor rəyi malların mədaxilini təsdiq edən sənəd hesab olunurmu?
Sərbəst vəsaitlərin xərclənməsi üzrə öhdəliklər
Ödəmə mənbəyində verginin tutulması
İcarə müqaviləsi notarial qaydada təsdiqlənməsə obyekt kodu almaq mümkündür?