Hansı məlumatlar vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur?

birbank biznes

elektron xidmət, Dövlət Vergi Xidməti, Aktiv vergi ödəyiciləri, mühasiblərlə görüş, icbari tibbi sığorta, Rəqəmsal Transformasiya Şurası, alt fəaliyyət növləri, Vergi orqanları, ikiqat vergitutma, vergi sistemi, DVX, vergi xidməti, işə qəbul, ərizə formaları, Müvəqqəti vergi rejimi, Vergi Xidməti, Vergi bəyannamələri, icarə müqaviləsi, sərəncam, Könüllü vergi ödəyicisi, ƏDV-nin qaytarılması, riskli vergi ödəyiciləri, alış aktları, Vergi ödəyicilərinin qəbulu, vergi hesabatlarının vaxtı, VÖEN necə ləğv edilməlidir, Vergi hesabatlarının vaxtı, qeyri-muzdlu, vergi hesabatları, vahid bəyannamə, valyuta, Bəyannamələrin təqdim edilməsiDövlət Vergi Xidmətindən bildirilir ki, aşağıdakı məlumatlar istisna olmaqla, vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur:

• vergi ödəyicisinin razılığı ilə aşkar edilən;

• vergi ödəyicisinin eyniləşdirmə nömrəsi haqqında (VÖEN);

• müəssisənin nizamnamə fondu (nizamnamə kapitalı) haqqında;

• vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri haqqında;

• vergi ödənişləri üzrə borclar;

• hüquqi şəxslərin dövlət reyestrindəki məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla);

• vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyatda olub-olmaması haqqında;

• vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının dayandırılıb-dayandırılmaması haqqında;

• vergi ödəyicisinin riskli vergi ödəyicisi olub-olmaması haqqında.

Əsaslandırma: Vergi Məcəlləsinin 30.2-ci, 30.2.1-30.2.9-cu maddələri.

Mənbə: vergiler.az


Bax:


TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun