Sual: İcarəçi tərəfindən balansa götürülməyən icarə əsas vəsaitlərə çəkilən təmir xərcləri (İcarə müqaviləsində də nəzərdə tutulmuşdur) icarə haqqı ilə əvəzləşdirilərək icarəyə götürənin sərəncamında qalan xalis mənfəətin hesabına silindikdə, icarəyə götürəndə hər hansı bir vergi yaranırmı, yaxud icarəyə götürən həmin təmir xərcini gəlirdən çıxa bilərmi?
Cavab: Bildiririk ki, icarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilmiş xərclərin icarəçi tərəfindən gəlirdən çıxılan xərclərə aid edilməsinə icarə haqqı ilə əvəzləşdirilmədiyi və həmin əsas vəsaitlər icarəçinin balansına götürüldüyü halda yol verilir.
Eyni zamanda, əsas vəsaitlər icarəçinin balansına götürüldüyü halda həmin əsas vəsaitlərə amortizasiya ayırmaları hesablana və hesablanmış amortizasiya ayırmaları gəlirdən çıxıla bilər.
Digər halda (əsas vəsaitlər balansa götürülmədikdə və ya icarə haqqı ilə əvəzləşdirildikdə) icarəçi tərəfindən icarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilmiş xərclərin gəlirdən çıxılmasına yol verilmir.
Balansa götürülməyən və icarə haqqı ilə əvəzləşdirilməyən əsas vəsaitlərə çəkilən təmir xərcləri icarəyə götürən şəxsin sərəncamında qalan sərbəst mənfəəti hesabına aid edilir.
Əsas: Vergi Məcəlləsinin 108-ci, 114.6-cı və 115-ci maddələri.
Mənbə: taxes.gov.az
Bax:
Maliyyə sanksiyaları tətbiq edilərkən hansı məqamlara diqqət yetirilməlidir?
Sahibkar olan fiziki şəxs ezamiyyə xərci ala bilərmi?
Hansı halda təsisçiyə dividend mütləq onun bank hesabına ödənilməlidir?
Ödəmə mənbəyində verginin tutulması
Əmlak icarəsinin maliyyə lizinqi sayılmasına hansı hallarda icazə verilir?
İcarə müqaviləsi notarial qaydada təsdiqlənməsə obyekt kodu almaq mümkündür?