Hansı halda təsisçiyə dividend mütləq onun bank hesabına ödənilməlidir?

birbank biznes

vergi,Sual: Biz ödənişlərin bir hissəsini nağd, bir hissəsini isə bank ilə ödəyirik. İndi keçən ilin mənfəətindən təsisçiyə 10% dividend məbləğini tutaraq kassadan nağd pul vermək istəyirik. Bu mümkündürmü? Mümkündürsə məbləğ məhdudiyyəti varmı? Burda da 30.000 manat söhbəti olacaqmı? 10%-i banka köçürəcəyik.

Cavab: Bildiririk ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Buna əsasən hüquqi şəxs tərəfindən onun təsisçilərinə təqvim ayı ərzində dividendlərin nağd qaydada ödənilməsi Qanunun 3.3-cü maddəsində göstərilən hədlər daxilində həyata keçirilə bilər. Xatırladırıq ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə Vergi Məcəlləsinin 58.7-1-ci maddəsində maliyyə sanksiyası nəzərdə tutulur.

Bax: Vergi Məcəlləsinin 58.7-1-ci, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3.3-cü maddəsi.

Mənbə: taxes.gov.az


Bax:

TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun