Qısaldılmış iş vaxtının tətbiqi

birbank biznes

xeyriyyəçilik məqsədləri ədv, Məzuniyyətdə olan işçinin təminatları, işsizlikdən sığorta, aliment, əmək məzuniyyətinin kompensasiyası,İşçilərin ayrı-ayrı kateqoriyalarına onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallarla bağlı qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Mövzuya insan resurslarının idarə olunması mütəxəssisi Nihad Əliyev “Əmək qanunvericiliyinin tətbiqi və əmək haqqı hesablanması zamanı yaranan aktual məsələlərin tam praktiki izahı” kitabında aydınlıq gətirir.

Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən, qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci dərəcə əlilliyi olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır.

Məcəlləyə uyğun olaraq qısaldılmış iş vaxtının tətbiq olunmasının əsasları üç səbəblə əlaqəlidir:

– işçilərin yaşı, səhhəti;

– əmək şəraiti;

– əmək funksiyaları.

Qısaldılmış iş vaxtı ilə çalışan işçilərin həftəlik iş norması 36 və bəzi hallarda 24 saatdan çox ola bilməz. Əmək Məcəlləsinin 91-ci maddəsindən aydın olur ki, burada məhdudiyyət həftəlik iş vaxtına təyin olunub. Yəni işçi həftəlik 36 saatdan çox olmamaq şərtilə gündəlik 8 saat çalışa bilər.

Misal 1: Tutaq ki, 2-ci qrup əlil olan işçi həftəlik 5 iş günü olmaqla çalışır. Bu zaman o, həftənin 4 iş gününü 8 saat, son bir iş gününü isə 4 saat (32+4) çalışa bilər. Yəni, burada əsas şərt həftəlik 36 saat normasının gözlənilməsidir.

Qısaldılmış iş vaxtı tətbiq oluna hallar və həmin hallara əsasən müddətlər aşağıdakı kimidir:

1. 16 yaşınadək işçilər – həftəlik 24 saat;

2. 16-18 yaş arası işçilər – həftəlik 36 saat;

3. 1-ci və 2-ci qrup əlilliyi olan şəxslər – həftəlik 36 saat;

4. Hamilə qadınlar – həftəlik 36 saat;

5. Yaş yarımadək uşağı olan qadınlar – həftəlik 36 saat;

6. 3 yaşınadək uşağı olan qadınlar – həftəlik 36 saat.

Bu hallarla bağlı təcrübədə tətbiq olunan bəzi yanlışlıqları qeyd etmək istərdim. Bəzən 3-cü qrup əlilliyi olan şəxsə də həftəlik 36 saat iş vaxtı təyin olunur. Bu, doğru deyil. Həmin işçilərin həftəlik 36 saat çalışması ilə bağlı tələb yoxdur. Əmək Məcəlləsinin 91-ci maddəsində həftəlik 36 saat iş vaxtının tələb olunamsı 1-ci və 2-ci qrup əlilliyi olan şəsxlərə aid edilir.

Digər bir məqam da 3 yaşınadək uşağı olan qadınlara bütün hallarda qısaldılmış iş vaxtının tətbiq olunmasının yanlışlığıdır. İlk növbədə, qeyd eədk ki, həftəlik 36 saatlıq iş vaxtının təyin olunması yaş yarımadək uşağı olan qadınlara aiddir. Qadın uşağını yaş yarımdan sonra təkbaşına böyüdürsə, bu zaman ona həftəlik 36 saatdan çox olmayaraq qısaldılmış iş vaxtı uşağın 3 yaşı tamam olana qədər tətbiq olunur.



Misal 2: Tutaq ki, “HR and Accointing Center” MMC-də mühasib vəzifəsində həftəlik 40 saat çalışan qadın bir müddət sonra hamilə olması ilə bağlı təsdiqedici sənədi (qadın məsləhətxanasından arayış) təqdim edib. Bu zaman həmin qadına aid əmək müqaviləsində dəyişiklik edilərək həftəlik 36 saat iş vaxtı müəyyən olunur və elektron informasiya sistemində müvafiq dəyişiklik aparılır. Dəyişikliklə bağlı əlavə sənədləşdirmənin aparılmasına ehtiyac yoxdur.

Əmək Məcəlləsinin 92-ci maddəsinə əsasən, əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir. Əmək şəraiti ağır zərərli olan işlər Nazirlər Kabinetinin 6 noyabr 2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı” ilə müəyyən olunub.

Əmək Məcəlləsinin 93-cü maddəsinə əsasən, yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerlərində (həkimlərə, müəllimlərə, elektrotexniki qurğularda, cihazlarda və qanunvericilikdə nəzərdə tutulan digər iş yerlərində işləyənlərə) həftə ərzində 36 saatdan çox olmamaq şərtilə qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin xüsusi xarakterli vəzifələr Nazirlər Kabinetinin 12 avqust 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısı” ilə müəyyən olunub.

Mənbə: “Əmək qanunvericiliyinin tətbiqi və əmək haqqı hesablanması zamanı yaranan aktual məsələlərin tam praktiki izahı” kitabı.

Mənbə: vergiler.az


Kriptovalyuta əməliyyatları vergiyə hansı formada cəlb olunur?