Sual: İnternet vasitəsilə elektron kitab və video-materiallar almaq istəyirəm. Vergi məcəlləsinin 164.1.7-ci maddəsinə əsasən kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr ƏDV-dən azaddır. Bilmək istərdim ki, Elektron kitabın və video materiallarının alışı zamanı məndən 18% ƏDV tutulacaq? Elektron kitab və video materiallar kütləvi informasiya vasitələri məhsulu sayılır?
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, vergi ödəyicisi kimi qeydiyyata alınmayan şəxslər tərəfindən əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə ödənişlər aparılarkən qeyri-rezidentə ödənilməli olan məbləğə ödənişi həyata keçirən yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV hesablanmalı və büdcəyə ödənilməlidir.
Mənbə: muhasibat.az
Bax:
ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən ƏDV-nin əvəzləşdirilməsi
QHT işçilərinin əmək haqqından 14% gəlir vergisi tutulmalıdır?
Eyni vaxtda iki qayda pozuntusuna görə maliyyə sanksiyasının hesablanması
Aliment vergilər tutulduqdan əvvəl yoxsa sonra alınır?
İnventarlaşdırma nəticəsində olan artıq gəlmə vergi öhdəliyi yaradır?
Əvvəlki illərin məzuniyyəti üçün Sosial Sığorta haqqı necə hesablanır?
Daşınmaz əmlakın vergi uçotunda nələrə diqqət yetirilməlidir?
Vergi Məcəlləsinin 57.1 və 58.1-1-ci maddələrinin əsas fərqi nədir?