Prezident İlham Əliyevin 2 iyun 2020-ci il tarixində imzaladığı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə fərmanına əsasən, 1 aprel 2020-ci il tarixindən fərdi sahibkarların məcburi dövlət sosial sığorta ödənişlərinin məbləği azaldılıb. Həmin qanunun 14.5-ci maddəsində göstərilib ki, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:
Sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının:
- Bakı şəhərində 100 faizi;
- Sumqayıt və Gəncə şəhərlərində 90 faizi;
- digər şəhərlərdə 80 faizi;
- rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi;
- kənd yerlərində 50 faizi miqdarında güzəşt tətbiq edilir.
Maliyyə üzrə mütəxəssis Elməddin Məmmədov qanunvericiliyin bu tələbini misallarla izah edib:
Misal 1: 31 mart 2020-ci il tarixinədək Bakı şəhərində tikinti və ya ticarət sahəsində fəaliyyət göstərən fərdi sahibkar aylıq olaraq 250 manat minimum aylıq əməkhaqqının 50 faizi miqdarında, yəni 125 manat (250×50%) məcburi dövlət sosial sığorta haqqı ödəyirdi. 2020-ci ilin aprel ayının 1-dən isə 250 manat minimum aylıq əməkhaqqının 25 faizi miqdarında – 62,5 manat (250×25%x100%) ödəyəcək.
Misal 2: 31 mart 2020-ci il tarixinədək Bakı şəhərində digər sahələrdə fəaliyyət göstərən fərdi sahibkar aylıq olaraq 250 manat minimum aylıq əməkhaqqının 25 faizi miqdarında – 62,5 manat (250×25%) məcburi dövlət sosial sığorta haqqı ödəyirdi. Güzəştlər tətbiq olunandan sonra isə 250 manat minimum aylıq əməkhaqqının 15 faizi miqdarında sosial sığorta ödəməlidir: 250 x 15% x 100% = 37,5 manat.
Misal 3: 31 mart 2020-ci il tarixinədək Sumqayıt şəhərində tikinti və ya ticarət sahəsində fəaliyyət göstərən fərdi sahibkar aylıq 250 manat minimum aylıq əməkhaqqının 50 faizi miqdarında – 125 manat (250×50%) məcburi dövlət sosial sığorta haqqı ödəyirdi. 2020-ci ilin aprel ayının 1-dən isə bu məbləğ xeyli azaldılıb. Hazırda Sumqayıtda fərdi sahibkarların sosial ödənişi 250 manat minimum aylıq əməkhaqqının 25 faizi və Sumqayıt şəhərinə tətbiq olunan 90 faiz nisbət miqdarında hesablanır: 250 x 25% x 90% = 56,25 manat.
Misal 4: 31 mart 2020-ci il tarixinədək Quba rayonunda tikinti və ticarət sektorundan başqa digər sahələrdə fəaliyyət göstərən fərdi sahibkarlar 250 manat minimum aylıq əməkhaqqının hər ay 25 faizi miqdarında, yəni 62,5 manat (250×25%) məcburi dövlət sosial sığorta haqqı ödəyirdi. Güzəştlər tətbiq olunandan sonra isə ödəniş 250 manat minimum aylıq əməkhaqqının 15 faizi və Quba şəhərinə tətbiq olunan 80 faiz miqdarında edilir: 250 x 15% x 80% =30 manat.
Ölkə üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablanması cədvəli:
Ərazi | Tikinti və ticarət sahəsində | Digər sahələrdə |
Bakı şəhəri | 62,5 manat
(250 manat x 25 faiz x 100 faiz) |
37,5 manat
(250 manat x 15 faiz x 100 faiz) |
Sumqayıt və Gəncə şəhərləri | 56,25 manat
(250 manat x 25 faiz x 90 faiz) |
33,75 manat
(250 manat x 15 faiz x 90 faiz) |
Digər şəhərlər | 50 manat
(250 manat x 25 faiz x 80 faiz) |
30 manat
(250 manat x 15 faiz x 80 faiz) |
Rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidləri və qəsəbələr | 37,5 manat
(250 manat x 25 faiz x 60 faiz) |
22,5 manat
(250 manat x 15 faiz x 60 faiz) |
Kənd yerləri | 31,25 manat
(250 manat x 25 faiz x 50 faiz) |
18,75 manat
(250 manat x 15 faiz x 50 faiz) |
Mənbə: vergiler.az
Bax:
Obyekt valideynin adına olduqda icarə müqaviləsi bağlanılmalıdır?
Fiziki şəxslərə ödənilən dividendlərlə bağlı vergi güzəştləri
Xarici valyutada nizamnamə kapitalı
Təsisçinin borcu nağd şəkildə qaytarıla bilər?
Gəlir vergisindən güzəşt əldə etmək üçün hansı sənədlər lazımdır?
POS-terminal ilə satış zamanı ƏDV tutulan əməliyyatın aparıldığı vaxt hansı tarixdir?
ƏDV ödənişində maraq doğuran suallar
VÖEN-i olmayan şəxsdən mal aldıqda onu necə rəsmiləşdirməliyik?
İnventarlaşdırma nəticəsində olan artıq gəlmə vergi öhdəliyi yaradır?
Sosial xarakterli xərclər hansılardır?
Kommunal xərclərə görə icarəyə verənə təqdim edilən e-qaiməni icarəçi xərc kimi nəzərə ala bilər?