Xəbardarlıq müddəti əvəzinə verilən orta aylıq əmək haqqı məbləği MDSS-ə cəlb edilir?
Sual: İşçi 11 ildir A müəssisəsində işləyir. O Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) ilə işdən azad edilir. Bu zaman ona müvafiq müəssisədəki əmək stajına uyğun olaraq orta aylıq əmək haqqısının 2 (iki) misli məbləğində işdən çıxarılma müavinəti və xəbardarlıq müddəti əvəzinə (işçi razıdır) orta aylıq əmək haqqısının 2 (iki) misli məbləği ödənilir. Burada sualım budur.
1. İşdən çıxarılmaya görə verilən orta aylıq əmək haqqısının 2 (iki) misli məbləğində işdən çıxarılma müavinəti MDSS-yə cəlb olunurmu?
2. Xəbardarlıq müddəti əvəzinə verilən orta aylıq əmək haqqı məbləğinin 2 (iki) misli məbləği MDSS-yə cəlb olunurmu?
Cavab: Bildiririk ki, “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinin 4-cü abzasına əsasən, müəssisənin ləğvi, işçilərin sayının azaldılması, ştatların ixtisar edilməsi və ya işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilmişdir. Buna əsasən müraciətinizdə qeyd olunan işçiyə ödənilən birdəfəlik məbləğlərə sosial sığorta haqqı hesablanmır.
Mənbə: taxes.gov.az
Bax:
Sənədsiz mallar necə rəsmiləşdirilə bilər?
Gəlirin əldə edilməsi ilə bağlı xərclər
Təsisçi tərəfindən nizamnamə kapitalına qoyulmuş əmlakın geri götürülməsi vergi öhdəliyi yaradır?
Əgər işçinin gəlir vergisi üzrə iki güzəşti varsa, hansı tətbiq edilir?
Eyni vaxtda iki qayda pozuntusuna görə maliyyə sanksiyasının hesablanması
Gəlirdən çıxılmayan xərclər hansı halda ÖMV-dən azad edilir?
Sahibkarlıq fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciət daxil olduqda həmin fiziki şəxsdə növbədənkənar səyyar vergi yoxlaması da keçirilə bilər?
Bina tikintisi fəaliyyəti zamanı vergi öhdəlikləri
Barter əməliyyatlarının rəsmiləşdirilməsi necə aparılır?
Vergi Məcəlləsinin 156.1-1-ci maddəsinin tətbiqi