fbpx
Home » Vergi » Riskli əməliyyat çərçivəsində malların alışı zamanı ƏDV əvəzləşdirilmələri

Riskli əməliyyat çərçivəsində malların alışı zamanı ƏDV əvəzləşdirilmələri

         Riskli əməliyyat çərçivəsində malların alışı zamanı ƏDV əvəzləşdirilmələri 

ƏDV-nin hesablanması

ƏDV məqsədləri üçün qeydiyyatda olan vergi ödəyicisi riskli vergi ödəyicisindən riskli əməliyyat çərçivəsində Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada sənədləşdirilməklə malların alğı-satqısını həyata keçirib. Malları qəbul edən vergi ödəyicisi malların alışı zamanı Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə əsasən ödədiyi əlavə dəyər vergisini əvəzləşdirə bilərmi?

Vergilər Nazirliyindən bildirilib ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada əlavə dəyər vergisinin əvəzləşdirilməsinə əsas vermir. Riskli vergi ödəyicisinin, habelə riskli əməliyyatların meyarları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Banner


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bax:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!