Keçmiş tarixlə ƏDV-nin məqsədləri üçün qeydiyyata alındıqda, keçmiş əməliyyatlar üzrə E-qaimə verilməlidir?

birbank biznes

Sual: Şirkət təqdim etdiyi ərizə əsasında keçmiş tarixlə, yəni 01.01.2018-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınıb. Həmin tarixdən etibarən şirkət tərəfindən aparılmış əməliyyatlara görə ƏDV-nin ödənilməsi və həmin əməliyyatların təqdim olunacaq ilk bəyannamədə əks etdirilməsi nəzərdə tutulur. Bilmək istərdik ki, həmin əməliyyatlar üzrə şirkət tərəfindən e-qaimə faktura da təqdim edilməlidirmi?

Cavab: 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, bu halda vergi ödəyicisi bəyannamədə əks etdirilmiş əməliyyatlar üçün Vergi Məcəlləsinin 71.1.5.9-cu maddəsində nəzərdə tutulmuş qaydada həmin Məcəllənin 177.5-ci maddəsinə əsasən, e- qaimə faktura təqdim etmək hüququna malikdir.

Belə ki, Vergi Məcəlləsinin 177.5-ci maddəsinə əsasən, qeydiyyat bu Məcəllənin 157.3.3-cü maddəsinə uyğun olaraq keçmiş tarixlə aparıldıqda, vergi ödəyicisi qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən vergiyə cəlb olunan əməliyyatlar üzrə ƏDV ödəməlidir və vergi ödəyiciləri üçün müəyyən edilmiş qaydada vergi məbləğlərini əvəzləşdirmək hüququna malikdir. Müvafiq əməliyyatlar vergi ödəyicisi tərəfindən verilən birinci bəyannamədə əks etdirilməlidir. Bu əməliyyatlar bəyannamənin verildiyi ay ərzində baş vermiş əməliyyatlar sayılır. Belə olan halda, vergi ödəyicisi bəyannamədə əks etdirilmiş əməliyyatlar üçün bu maddənin məqsədləri üçün nəzərdə tutulmuş elektron qaimə-fakturaları təqdim etmək hüququna malikdir.

Əsas: Vergi Məcəlləsi, 71.1.5.9-cu və 177.5-ci maddələr.

Mənbə: taxes.gov.az

e-qaimə


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bax:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *