Bəyannamələrin təqdim edilməsi və vergi ödənişinin son müddəti artırıldı

birbank biznes

valyuta, Bəyannamələrin təqdim edilməsiBəyannamələrin təqdim edilməsi və vergilərin ödənilməsinin son müddəti aprelin 6-dək artırılıb.

Hörmətli vergi ödəyiciləri!

Məlum olduğu kimi, hüquqi şəxslərin mənfəət və əmlak vergisi, fiziki şəxslərin gəlir vergisi bəyannamələrinin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti 31.03.2020-ci ildir. Bundan başqa, ƏDV ödəyən vergi ödəyiciləri ƏDV-nin bəyannaməsini hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq qeydiyyatda olduqları vergi orqanına verir və vergini dövlət büdcəsinə ödəyirlər.

Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə” qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 29 mart – 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 – 28 mart və 30 mart – 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilmişdir.

Bu səbəbdən, Vergi Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, əlavə dəyər, hüquqi şəxslərin mənfəət və əmlak vergisi, fiziki şəxslərin gəlir vergisi bəyannamələrinin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti 06.04.2020-ci il tarixə keçirilmişdir.

Mənbə: taxes.gov.az



Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bax: 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *