E-Kassa nədir?

E-kassa nəzarət mexanizmi qurğusu ilə təchiz edilmiş yeni növ proqram-aparat kompleksidir. E-kassa vasitəsi ilə alınmış və emal edilmiş çek məlumatlarının, habelə həyata keçirilən əməliyyatlar barədə məlumatların yığılması, emalı, saxlanılması və real vaxt rejimində Vergilər Nazirliyinin informasiya sistemləri bazasına ötürülməsi (köçürülməsi) təmin edilir.

Elektron kassa pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə əhali ilə pul hesablaşmalarının aparılmasında istifadə edilir.

Tətbiq Qaydalarında Yeniliklər

e-kassa

E-kassanın fəaliyyət sxemi

e-kassa

Banner

e-kassa

Yeni İfadələr

E-kassa – malların təqdim edilməsi və xidmətlərin göstərilməsi zamanı aparılan hesablaşmaların qeydiyyatında istifadə edilən avadanlıqlardır. Məhz bu sistem hesablaşmalar zamanı aparılan əməliyyatlar barədə məlumatların toplanması, emalı, saxlanılması və internet bağlantısı yaranan kimi Vergilər Nazirliyinin informasiya sistemləri bazasına ötürülməsini real vaxt rejimində təmin edir.

Nəzarət mexanizmi qurğusu – malların təqdim edilməsi və xidmətlərin göstərilməsi zamanı aparılan hesablaşmalar barədə məlumatların Vergilər Nazirliyinin informasiya sistemləri bazasına ötürülməsini, həmçinin e-kassa və istifadəçinin autentifikasiyasını təmin edən qurğudur.

E-kassa operatoru – e-kassanın təqdim edilməsi və təchizatını, nəzarət mexanizmi qurğusuna sertifikatın yazılmasını, habelə bu avadanlıq və qurğulara qeydiyyat və servis texniki xidmətlərin göstərilməsini həyata keçirən qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyatdan keçmiş rezident hüquqi şəxsdir.

Akt – e-kassanın uçota alınması və uçotdan çıxarılması, quraşdırılması, servis-texniki xidmətin göstərilməsi, habelə nəzarət mexanizmi qurğusunun aktivləşdirilməsi zamanı tərtib edilən sənəddir. Həmin sənəd e-kassa operatoru tərəfindən portal üzərindən qeydiyyata alınmaqla formalaşdırılır.

Açıq açarın texnoloji sertifikatı (və ya sertifikat) – e-kassa və nəzarət mexanizmi qurğusunun zavod nömrəsi, VÖEN, obyektin kodu, obyektin ünvanı, sertifikatın buraxılış və bitmə tarixinin e-kassa istifadəçisinə aid olduğunu təsdiqləyən və Vergilər Nazirliyi tərəfindən göndərilən elektron fayldır.

Açıq açar – açıq açar kriptosistemində yalnız konkret nəzarət mexanizmi qurğusuna aid olan və qapalı açara birləşdirilmiş, hər kəsə məlum olan açardır.

QR-kod (quick response code) – optik ştrix-kod, malın sürətli məlumat kodudur. Xüsusi qurğu vasitəsilə oxunan ştrix-kod çekin bütün məlumatlarını keçid mənbədə əks etdirir.

Unikal identifikator (fiskal İD) – çekdə onaltılıq say sistemi üzrə simvollardan ibarət olan və kassa əməliyyatları məlumatı əsasında, kriptoqrafik informasiya mühafizəsi vasitəsindən istifadə etməklə nəzarət mexanizmi qurğusu tərəfindən tərtib edilmiş rəmzi sətirdir.

Mənbə: e-kassa.gov.az


TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Leave a Reply

Your email address will not be published. Required fields are marked *