“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilib

Məzuniyyət hüququ, Zərərin növbəti illərə keçirilməsi,Vergi orqanlarının vəzifəli şəxsləri əsas məzuniyyətə çıxarkən onlara ildə bir dəfə bir aylıq vəzifə maaşı həcmində müavinət ödəniləcək. Prezident İlham Əliyev bununla bağlı “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edib.

Dəyişikliyə əsasən, vergi orqanlarının vəzifəli şəxslərinə xidmətin ikinci ilindən başlayaraq, vergi orqanlarında xidmət illərinə görə hər ay aşağıda göstərilən məbləğdə əlavə haqq ödəniləcək:

1 ildən 5 ilədək – vəzifə maaşının 5 faizi məbləğində;

5 ildən 10 ilədək – vəzifə maaşının 10 faizi məbləğində;

Banner

10 ildən 15 ilədək – vəzifə maaşının 20 faizi məbləğində;

15 ildən yuxarı – vəzifə maaşının 30 faizi məbləğində.

Qeyd edək ki, indiyədək vergi orqanlarının vəzifəli şəxslərinin vəzifə maaşlarına bu orqanlarda xidmət illərinə görə aşağıda göstərilən miqdarda əlavələr müəyyən edilirdi:

1 ildən 5 ilədək – 21 manat miqdarında;

5 ildən 10 ilədək – 24 manat miqdarında;

10 ildən 15 ilədək – 27 manat miqdarında;

15 ildən 20 ilədək – 30 manat miqdarında;

20 ildən 25 ilədək – 39 manat miqdarında;

25 ildən 30 ilədək – 45 manat miqdarında;

30 ildən yuxarı – 60 manat miqdarında.

Bu Qanun 2020-ci il yanvarın 1-dən tətbiq edilir.


Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı və 19-cu bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 443; 2006, № 6, maddə 486, № 11, maddə 927, № 12, maddə 1013; 2007, № 1, maddə 1, № 5, maddə 441, № 8, maddə 756, № 11, maddə 1078; 2008, № 3, maddə 155, № 4, maddə 253; 2009, № 6, maddə 399; 2010, № 3, maddə 171, № 6, maddə 484; 2016, № 2 (I kitab), maddə 194; 2017, № 7, maddə 1259; 2018, № 12 (I kitab), maddə 2474) ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 69-1-ci maddə əlavə edilsin:

“69-1. Vergi orqanlarının vəzifəli şəxsləri əsas məzuniyyətə çıxarkən onlara ildə bir dəfə bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilir.”;

1.2. 73-cü maddə aşağıdakı redaksiyada verilsin:

“73. Vergi orqanlarının vəzifəli şəxslərinə xidmətin ikinci ilindən başlayaraq, vergi orqanlarında xidmət illərinə görə hər ay aşağıda göstərilən məbləğdə əlavə haqq ödənilir:

1 ildən 5 ilədək – vəzifə maaşının 5 faizi məbləğində;

5 ildən 10 ilədək – vəzifə maaşının 10 faizi məbləğində;

10 ildən 15 ilədək – vəzifə maaşının 20 faizi məbləğində;

15 ildən yuxarı – vəzifə maaşının 30 faizi məbləğində.”.

Maddə 2. Bu Qanun 2020-ci il yanvarın 1-dən tətbiq edilir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 may 2020-ci il.

Mənbə: president.az


Bax: ƏƏSMN qeyri-iş günləri ilə bağlı işəgötürənlərə müraciət etdi

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *