Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 29 noyabr 2019-cu il tarixdə qəbul edilmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda bina tikintisi fəaliyyətinin vergiyə cəlb olunması ilə bağlı Vergi Məcəlləsində bəzi dəyişikliklər edilib. (vergi öhdəlikləri)
Dəyişikliklərdə 1 yanvar 2020-ci il tarixdən etibarən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnun ləğv edilməsi və həmin şəxslər tərəfindən vergi öhdəliklərinin vahid metodla – ƏDV və mənfəət vergisinin ödəyicisi kimi yerinə yetirilməsi nəzərdə tutulur. Həmin tarixədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış və sadələşdirilmiş vergitutma metodunu tətbiq edən vergi ödəyicisi tikinti-quraşdırma işləri üzrə vergiləri əvvəlki qaydada ödəyir.
Tikinti-quraşdırma işlərinə 2019-cu il 1 dekabr tarixindən başlamış vergi ödəyiciləri isə həmin işlər üzrə vergitutma metodunu 2020-ci il 1 yanvar tarixinədək seçmək imkanına malikdirlər. Qanunun 2.2-ci maddəsinə əsasən, tikinti-quraşdırma işlərinə 2019-cu il 1 dekabr tarixindən sonra başlamış vergi ödəyicisi həmin tikinti-quraşdırma işləri üzrə seçdiyi vergitutma metodu barədə məlumat formasını 2020-ci il 1 yanvar tarixinədək qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir. Əks halda, tikilən binalar üzrə yaranmış vergi öhdəlikləri “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunla müəyyən olunmuş qaydada, yəni ƏDV və mənfəət (gəlir) vergisi metodu ilə hesablanacaqdır.
Bu səbəbdən, bina tikintisi fəaliyyəti ilə məşğul olan sahibkarlar tərəfindən 2019-cu ilin dekabr ayında tikinti-quraşdırma işlərinə başladıqları binalara görə vergi metodu barədə (sadələşdirilmiş vergi və ya ƏDV və mənfəət vergisi) 2020-ci il 1 yanvar tarixinədək məlumat verilməsi əsas şərt kimi müəyyən edilir.
Bax:
-
Kompensasiya xarakterli gəlirlər mənfəət vergisindən azad edilir?
-
İcarəyəverən vergi ödəyicisi olmayan halda kommunal xərclər icarəçi üçün necə xərc kimi nəzərə alına bilər?
-
İcarə zamanı vergi və bəyannamə təqdim etmək öhdəliyi
-
Müavinət işsizlikdən sığorta haqqına cəlb edilirmi?
-
Aktivlərin təqdim edilməsi əlavə dəyər vergisinə necə cəlb olunur?
-
Dekabr ayında alınmış əsas vəsaitə amortizasiya necə hesablanmalıdır?
-
Online rejimdə uçot məlumatlarında dəyişikliklər hansı halda mümkündür?