Bağlanan bankların fiziki və hüquqi şəxslər qarşısında hansı öhdəlikləri var?

Müvəqqəti inzibatçı,İqtisadçı ekspert Samir Əliyev bu sualımıza cavab olaraq bildirib ki, bağlanan banklar fiziki şəxslər qarşısında iki öhdəlik daşıyır:

1) qorunan əmanətlərin sahibləri;

2) qorunmayan əmanətlərin sahibləri və fərdi sahibkarlar qarşısında öhdəlik.

Qorunan əmanətlərin sahibləri qarşısında öhdəliklər özündə əmanətləri və fiziki şəxslərin cari hesablarını əks etdirir və “Əmanətlərin sığortalanması haqqında” və “Əmanətlərin tam sığortalanması haqqında” qanunlarla tənzimlənir. Bu qanunlara görə, fiziki şəxslər tərəfindən banklara yerləşdirilmiş əmanətlər dövlət tərəfindən qorunur: bir şərtlə ki, həmin əmanətlərin illik faiz dərəcəsi milli valyuta üzrə 10 faizdən (2020-ci il iyun ayının 1-dən etibarən 12 faizə qaldırılıb – S.Ə.), xarici valyuta üzrə 2,5 faizdən çox olmasın. Belə olan halda, bank bağlandıqda “Əmanətlərin tam sığortalanması haqqında” Qanuna əsasən, dövlət tərəfindən qorunan əmanətçilərin vəsaitləri tam qaytarılır. Bu Qanunun müddəti 2020-ci il dekabr ayının 4-də bitir. Qanunun müddəti uzadılmayacağı halda “Əmanətlərin sığortalanması haqqında” Qanunun şərtləri qüvvəyə minəcək və kompensasiya məbləği 30 min manatla məhdudlaşacaq.

Qorunmayan əmanət sahibləri və fərdi sahibkarlar qarşısında öhdəliklərə isə əmanətlər (qorunmayan), fərdi sahibkarların cari hesablarlarındakı vəsaitlər, hüquqi şəxslərin depozitləri və cari hesablarındakı vəsaitlər daxildir. Bu öhdəliklər “Banklar haqqında” Qanunun 82-ci maddəsinə əsasən icra olunur. Ödəniş növbəliliyinə görə, bu qrup kreditorların vəsaitləri sonuncu yerlərdə gəlir.

Mənbə: vergiler.az


Bax: Müflisləşmə ilə bağlı vəzifədən azad olunmuş rəhbər şəxslər yenidən rəhbər işçi ola bilərmi?

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *