Vergidən azad olunan sahələrdə çalışan sahibkarlar bəyannamə təqdim etməlidirlər

birbank biznes

102.2.5 maddəsindəki güzəşt, Vergi borcları, Əmlak vergisi ödəyicisi, Vergi qanunvericiliyi, malların uçotu, təhtəlhesab əməliyyatlar, Zərərin keçirilməsi, Kassa çeki, Vergi Məcəlləsinə dəyişikliklər, Əsas vəsaitlərin alışı, Vergi Məcəlləsinə dəyişiklik, Publik hüquqi şəxslər, Təmir xərcləri, Vergi Məcəlləsində dəyişiklik, Vergi elementləri, Nağdsız hesablaşmalar, Zərərin növbəti illərə keçirilməsi, səyyar vergi yoxlaması, Ezamiyyə xərci, vergi məcəlləsi, Vergi ödəyicilərinin hesabatlılığı, Vergi Məcəlləsinə dəyişikliklər, Bəyannamə və Vergitutma, Mənfəət vergisi üzrə güzəşt, vergi məcəlləsi, Nizamnamə kapitalı,Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq və vergi orqanına bəyannamə təqdim etmək vergi ödəyicisinin vəzifəsidir.

Qanunvericiliyin tələbini izah edən mühasib Aytən Abdıyeva bildirib ki, kənd təsərrüfatı məhsullarının istehsalı vergidən azad olsa da, bu sahədə çalışan vergi ödəyiciləri bəyannamə təqdim etməlidirlər.

Vergidən azad olunan fərdi sahibkar bəyannamə təqdim etmədikdə sanksiya tətbiq olunacaqmı?

Məcəllənin 16.1-ci maddəsinə, eyni zamanda Vergi Məcəlləsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş 58.15-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş vergi güzəşt və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə vergi ödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir

Həmin maddəyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən 2020-ci il yanvarın 1-dən etibarən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə görə bəyan edilməmiş gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Ona görə də vergi ödəyiciləri belə məqamlarda diqqətli olmalıdırlar.

Mənbə: vergiler.az


Bax:


TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun