Vergi Məcəlləsinə əlavə edilmiş 164.1.51-ci maddəyə və “Tibbi sığorta haqqında” Qanuna uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətləri göstərilməsi 2020-ci il yanvarın 1-dən 1 il müddətinə ƏDV-dən azad edilmişdir.
Vergilər Nazirliyindən bildirilib ki, “Tibbi sığorta haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən, xidmətlər zərfi – icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur.
Həmin qanunun 15-12.1-ci maddəsində isə qeyd edilib ki, tibbi xidmətlər sığortaolunanlara xidmətlər zərfinə uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına göstərilir. “Tibbi sığorta haqqında” Qanunda könüllü tibbi sığorta sistemində tibbi xidmətlər üçün tariflər, icbari tibbi sığorta üzrə tibbi xidmətlərin göstərilməsi qaydası, habelə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına tibbi xidmətlərin göstərilməsi ilə bağlı tibbi sığortanın subyektləri arasındakı münasibətləri tənzimləyir.
Qeyd olunanlara əsasən, icbari tibbi sığorta fondunun vəsaiti hesabına göstərilən xidmətlər icbari tibbi sığorta çərçivəsində tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərdir.
Mənbə: muhasibat.az
Bax:
İşsizlikdən sığorta ödənişinin təyinatı sahəsində yeniliklər ediləcək
Əmlakın icbari sığortası
Royalti və qeyri-maddi aktivlər
Əvvəlki dövrlər üzrə vergi güzəşti tətbiq oluna bilər?
Qeyri-rezidentə ödəmə zamanı ÖMV və ƏDV necə hesablanır?
Ödəmə onlayn olarsa malın çatdırılması zamanı NKA çeki də verilməlidir?
İşdən çıxan işçiyə məzuniyyət haqqının ödənilməsi