476-VIIQD nömrəli Qanun 2027-ci il yanvarın 1-dən qüvvəyə minir. Aşağıda güzəştlər Vergi Məcəlləsinin (VM) və digər qanunların maddələri üzrə sistemləşdirilib.
Kimə şamil olunur (VM 67-1.6, Qanun m. 6.1–6.2)
Yeni 20 illik rejim 2027-ci il yanvarın 1-dən texnopark rezidenti şəhadətnaməsi alan və qeyri-dövlət sektoruna aid rezidentlərə tətbiq edilir. Payının 51%-i və ya daha çoxu dövlətə məxsus olan şirkətlərə bu güzəştlər şamil edilmir. 2027-ci il yanvarın 1-dək şəhadətnamə almış rezidentlərə vergi güzəştləri köhnə redaksiyada tətbiq olunur.
Texnopark rezidentləri (20 il)
Güzəşt Maddə Qeyd İşçilərin muzdlu işdən aylıq gəlirinə 0% gəlir vergisi VM 101.7 2027-ci il yanvarın 1-dən 20 il; yalnız bu fəaliyyət üçün çalışanlar Fərdi sahibkarın gəlir vergisi azadolması VM 102.1.21 Şəhadətnamə tarixindən 20 il (sənaye parkı üçün 10 il) Hüquqi şəxsin gəlir və mənfəət vergisi azadolması VM 106.1.13 Şəhadətnamə tarixindən 20 il (sənaye parkı üçün 10 il) Ödənilən dividendlər VM 102.1.21-1, 106.1.13-1 Şəhadətnamə tarixindən 20 il Əmlak vergisi VM 199.7 20 il (sənaye parkı üçün 10 il) Torpaq vergisi VM 207.3 20 il (sənaye parkı üçün 10 il) Sosial sığorta üzrə güzəşt “Sosial sığorta haqqında” Qanun m. 14.8 Müddət 10 ildən 20 ilə çatdırılır
İri sahibkarlıq subyektləri üçün əlavə şərtlər (VM 101.7.1–101.7.2, 102.1.21.1–.2, 106.1.13.1–.2, 102.1.21-1.1–.2, 106.1.13-1.1–.2, Sosial sığorta Qanunu m. 14.9):
- İxracdan gəlirin ümumi gəlirdə xüsusi çəkisi müəyyən ediləcək minimum həddən az olmamalıdır.
- İxrac gəlirləri Azərbaycandakı bank və ödəniş hesablarına köçürülməlidir.
Avadanlıq ixracı (VM 102.1.21.3, 106.1.13.3): azadolma yalnız o halda tətbiq olunur ki, avadanlığa rezidentin özünün qeydiyyatlı qeyri-maddi aktivi (proqram təminatı, innovasiya məhsulu, nou-hau) inteqrasiya edilsin və ya əsaslı texnoloji dəyişiklik aparılsın. Yalnız başqasının proqramının yüklənməsi, qablaşdırma və sadə quraşdırmadan gəlirə azadolma tətbiq edilmir.
Startaplar, investorlar, xərclər və xarici xidmətlər
Güzəşt Maddə Müddət Startap üçün gəlir və mənfəət vergisi azadolması VM 102.1.31, 106.1.23 3 ildən 7 ilə İştirak payının satışından gəlirin 100% azadolması VM 102.1.27, 106.1.19 10 il Kraudfandinq investisiyasından qiymətli kağız gəliri VM 102.1.45 (fiziki), 106.1.37 (hüquqi) 10 il Bu investisiyalar üzrə ödənilən dividendlər VM 102.1.46, 106.1.38 10 il İşçilərin pay (səhm) iştirakı planı üzrə gəlir VM 102.1.48 10 il Vençur fondlarının investisiyasından mənfəət və dividendlər VM 102.1.50, 106.1.41 10 il Nominaldan yuxarı qiymətə pay yerləşdirmədən gəlir VM 106.1.40 10 il Qeyri-rezidentlərə bulud, platforma, proqram təminatı və API ödənişləri VM 102.1.47, 106.1.39 20 il Eyni xidmətlər üzrə ƏDV azadolması VM 164.1.65 20 il Yüksəkixtisaslı miqrantların xaricdən gəliri VM 102.1.49 20 il Investorun yatırımının vergi tutulan gəlirdən çıxılması VM 102.10 (fərdi), 106.11 (hüquqi) 10 il Elmi-tədqiqat və təcrübə-konstruktor xərcləri VM 113.2 10 il, 2,5 əmsal Tədqiqat avadanlıqlarının amortizasiyası VM 114.3-4 10 il, 2 əmsal
VM 102.1.47, 106.1.39, 164.1.65: xidmət öz fəaliyyəti üçün alınmalıdır. Başqalarına təkrar təqdim edilərsə, azadolma tətbiq olunmur.
VM 102.10, 106.11:
- Çıxılan məbləğ vergi tutulan gəlirin (hüquqi şəxslərdə mənfəətin) 50%-dən çox ola bilməz.
- Investor qarşılıqlı asılı şəxs olmamalıdır.
- Investor şirkətin kapitalında və ya səsvermə hüququnda 50% və daha çox paya malik olmamalıdır (vençur fondlarına bu məhdudiyyət aid deyil).
- Pay azı 3 il fasiləsiz saxlanılmalıdır.
- İnvestisiya alan şirkət hesabat ilindən sonra 1 ay ərzində vəsaitin xərclənməsini sənədlərlə təsdiq etməlidir. Çıxılma yalnız xərclənən hissəyə görə həyata keçirilir.
VM 113.2: sifarişçi ilə icraçı qarşılıqlı asılı şəxslərdirsə, 2,5 əmsalı tətbiq edilmir.
VM 114.3-4: bu halda VM 114.3-2 və 114.3-3 tətbiq edilmir. Avadanlıq ayrıca uçota alınmalıdır.
Digər dəyişikliklər
• Miqrasiya Məcəlləsi (3.0.10-2, 36.1.8, 46.1.4-2, 50.1.7-2): “rəqəmsal səyyah” anlayışı yaradılır. Namizəd son 6 ayda xaricdən minimum aylıq əməkhaqqının azı 13 misli orta aylıq sabit gəlirini apostilli və ya leqallaşdırılmış sənədlərlə təsdiq etməlidir. Daimi yaşamaq icazəsi üçün hədd 26 mislidir (53.1.7-1, 55.0.6-3).
• “Dövlət satınalmaları haqqında” Qanun:
- 3.2.1-1: 100 min manatadək innovasiya məhsulu, azı 3 təchizatçıdan qiymət təklifi ilə.
- 33.13-1: 250 min manatadək satınalmalarda 20% satınalma güzəşti.
- 46.4-1: pilot tətbiq müqaviləsi 1 milyon manatadək və 12 ayadək.
• “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun (18.6): yoxlamanın dayandırıldığı müddətdə yoxlayıcı orqan sahibkarlıq fəaliyyəti yerlərinə gəlməklə yoxlama tədbirləri apara bilməz.
Mühasibin nəzarət siyahısı
- Hər müştərinin şəhadətnamə tarixini (2027-ci il yanvarın 1-dən əvvəl/sonra) və səhm bölgüsünü (51% dövlət payı) müəyyən edin.
- Güzəştli və ümumi rejimdə əldə edilən gəlir və xərclərin ayrıca uçotunu qurun.
- İri sahibkarlıq subyektləri üçün ixrac gəlirinin xüsusi çəkisini və hesablara köçürmələri izləyin. Minimum hədd hələ təsdiq olunmayıb, Nazirlər Kabineti bunu Fərmandan sonra 3 ay ərzində etməlidir.
- Xarici bulud və API ödənişlərinin yalnız öz fəaliyyətinə aid olduğunu müqavilə və hesablarla təsdiq edin.
- Tədqiqat xərcləri üzrə 2,5 əmsalı tətbiq etməzdən əvvəl xərclərin dairəsinin təsdiq olunmasını gözləyin (VM 113.2, Fərman 2.1.1.2).










