Rusiyada zərər çəkmiş sahibkarlara vergi möhləti veriləcək

birbank biznes

Rusiyada zərər çəkmiş sahibkarlara vergi möhləti veriləcək


Rusiyada koronavirus (COVID-19) infeksiyasından zərər çəkmiş iqtisadiyyatın sahələrindən olan kiçik və orta sahibkarlıq qarşıdakı 6 ay ərzində onlar üçün yaranmış öhdəliklərdən – illik vergi və rüsumların ödənilməsi təxirə salınacaq.
Bu barədə “İnterfaks” agentliyi Rusiyanın Baş naziri Mixail Mişustinə istinadən xəbər verir.
Hökumət başçısı qeyd edib ki, artıq müvafiq qanun layihəsi hazırdır.
“Onların altı aylıq gecikmə müddəti bitdikdən sonra, hər şeyi dərhal, bir anda ödəmələrinə ehtiyac qalmayacaq”, – Mişustin bildirib.
Onun sözlərinə görə, təxirə salınma müddəti bitdikdən sonra, ödənişləri il ərzində, yəni 2021-ci ilin sonunadək bərabər hissələrdə ödəmək mümkün olacaq.
Mənbə: report.az

Bax: İşsiz və məşğul şəxs kim hesab edilir? Kimə ödəniş verilir?

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *