Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası necədir?

Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası necədir?

Müddətli əmək müqaviləsinə xitam verilməsi, Sərtləşdirilmiş karantin rejimi,Əmək müqaviləsinə xitam verilməsinin bir variantı da müddətli əmək müqaviləsi-nin ləğv olunmasıdır. Əmək məcəlləsinin 73-cü maddəsində (müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) yazılır: Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir.

Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.


Bax: İstehsalda zay olan xammalın dəyərindən ƏDV hesablanmalıdır?

Banner

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.