İstehsalda zay olan xammalın dəyərindən ƏDV hesablanmalıdır?

İstehsalda zay olan xammalın dəyərindən ƏDV hesablanması


ƏDV-nin qaytarılması, ƏDV depozit hesabı, ƏDV əvəzləşdirmələri, EDV,Sual: Şirkətimiz məhsul istehsalı ilə məşğul olur. İstehsal zamanı bir çox adda xammal (şəkər, banka, kardon vitamin qarışığı və s.) zay olur. Bilmək istəyirik ki, istehsalda zay olan xammalın dəyərini gəlirdən çıxılan xərcə silə bilərikmi? İstehsalda zay olan xammalın dəyərindən ƏDV hesablanıb ödənilməlidirmi?

Cavab: Bildiririk ki, sorğunuzda qeyd edilən halda vergi ödəyicisi məhsulları ƏDV-ni ödəməklə əldə etmişdirsə və müvafiq əvəzləşdirmə almışdırsa və ya almaq hüququ olmuşdursa, fövqəladə hallardan başqa belə malların xarab olması ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyat sayılır. Malların alışı zamanı ödənilmiş ƏDV məbləği dövlət büdcəsinə hesablanır.

Yararsız mallarının uçotdan silinməsi gəlirin əldə edilməsi ilə bağlı olmadığına görə həmin malların dəyəri mənfəət (gəlir) vergisinin ödəyicisi tərəfindən gəlirdən çıxılmır.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 109-cu və 159.5-ci maddələri.

Banner

Mənbə: taxes.gov.az


Bax: Zəruri ərzaq məhsullarının ƏDV-dən azad edilməsi


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.