Zəruri ərzaq məhsullarının ƏDV-dən azad edilməsi

birbank biznes

ƏDV bəyannaməsi, ƏDV-nin qaytarılmasıVergi Məcəlləsinə əlavə edilən 18-ci fəslin 224.4-cü maddəsinə əsasən, müvəqqəti vergi rejimi müddətində əhalinin sağlamlığının və zəruri ərzaq məhsulları ilə ehtiyaclarının təmin edilməsi məqsədilə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məhsul (mal) növlərinin idxalı ƏDV-dən azad edilib.

Vergi Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı Prezident İlham Əliyevin 2 iyun 2020-ci il tarixli fərmanında Nazirlər Kabinetinə 224.4-cü maddəyə uyğun olaraq əhalinin sağlamlığının və zəruri ərzaq məhsulları ilə ehtiyaclarının təmin edilməsi məqsədilə idxalı ƏDV-dən azad olunan məhsul (mal) növlərinin siyahısı ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirib ki, zəruri ərzaq məhsullarına vergi güzəştinin tətbiq edilməsi ölkədə ərzaq təhlükəsizliyinin qorunub saxlanılması baxmından əhəmiyyət kəsb edir: “Bu azadolma və tətil paketi sahibkarlıq subyektlərinə qənaət olunan vəsaitdən biznesi qorumaq və inkişaf etdirmək üçün istifadə etməyə imkan verir”.

Mənbə: vergiler.az


Bax: Vergi ödəyicisi elektron alış aktlarını tərtib etməzsə, onu nə gözləyir?


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.