Britaniya hakimiyyəti vergilərin köməyi ilə rekord büdcə kəsrini azaltmağı planlaşdırır

birbank biznes

varlıların vergiləriİngiltərə hökuməti koronavirus pandemiyası səbəbiylə bu il proqnozlaşdırılan büdcə kəsirini 337 milyard funt sterlinq (414.8 milyard dollar) azaltmaq üçün vergiləri kəskin şəkildə artırmaq məcburiyyətində qalacaq.

Yaxın bir neçə ayda maliyyəçilər tərəfindən atılan addımlar arasında gəlir vergisinin artırılması, dövlət sektorunda maaşların indeksləşdirilməsinin 2 illik dondurulması və dövlət qulluqçuları üçün pensiyaların artımının məhdudlaşdırılması daxildir. Sənəd müəllifləri belə bir tədbirin həyata keçirilməsi zəruriliyini sürətli bir iqtisadi bərpa olunma baş verməzsə, ölkənin “suveren borc böhranı” ilə üzləşə biləcəyi ehtimalı ilə əsaslandırırlar.

Mütəxəssislərin fikrincə, bu il büdcə kəsiri 2008-ci ildə krallıqda “sərt qənaət” rejimində on illik xərcləmələrin azaldılmasına səbəb olan maliyyə iflasından sonrakı eyni rəqəmdən iki dəfədən çox ola bilər.

Nəşrin məlumatına görə, Maliyyə Nazirliyinin sənədi, maliyyə naziri Rişi Sunak, Britaniya hökumətinin, koronavirus pandemiyası səbəbindən iş yerlərini itirmə riski altında olan ölkə sakinlərinə maddi yardım müddətinin oktyabr ayının sonuna qədər uzadılması ilə bağlı qərarını parlamentdə elan etməsindən sonra ictimaiyyət üçün açıqlanmışdı. Hal-hazırda, İngiltərə hökuməti 1 milyona yaxın müəssisəyə maliyyə dəstəyi göstərir. Yeni koronavirus xəstəliyi səbəbiylə işəgötürənlərin məcburi məzuniyyətə göndərdiyi 7.5 milyon ölkə sakinlərinə maaş verir. Bu özünə məşğulluqla fəaliyyət göstərənlər nəzərə alınmadan bütün işləyən britaniyalıların dörddə birindən çoxdur.

Ölkə hakimiyyəti işdən çıxarılma riski olanların əmək haqqının 80% -nin ödənişini təmin edir. Lakin bu, adambaşına ayda 2,5 min funt sterlinqdən (3.1 min dollar) çox deyil. Biznesə hökumət hələ mart ayında 400 milyard dollardan artıq kredit zəmanəti verib. Maliyyə dəstəyi üçün hökumətə həmçinin özünəməşğulluq şəraitində işləyənlər də müraciət edə bilər.


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.