Fərdi uçotla bağlı sığorta olunanın hüquqları hansılardır?

birbank biznes

Fərdi uçotla bağlı sığorta olunanın hüquqları hansılardır?

  • Yaşayış və ya iş yeri üzrə dövlət sosial sığortası sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanında fərdi şəxsi hesabında əks olunan məlumatları almaq;
  • Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına onun özü haqqında fərdi uçot üçün sığortaedənin təqdim etdiyi məlumatların surətini sığortaedəndən almaq;

  • Fərdi şəxsi hesabında əks olunan məlumatlarla razı olmadığı hallarda həmin məlumatların dəqiqləşdirilməsi barədə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya sığortaedənə ərizə ilə müraciət etmək;
  • “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada fərdi şəxsi hesabında əks olunan məlumatlar dəyişdikdə, ərizə ilə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya sığortaedənə müraciət etmək.

TELEQRAM KANALIMIZA ÜZV OLUN

Bax: Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası necədir?


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.