Vergi orqanlarının vəzifəli şəxslərinə əsas məzuniyyətə çıxarkən ildə bir dəfə bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilə bilər.
Bu, 17 aprel tarixində Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Bu praktika hazırda dövlət qulluğunda çalışan dövlət qulluqçularına tətbiq olunur.
Layihə plenar iclasda səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Mənbə: apa.az