2022-ci il üçün əməkhaqqı cədvəli
Bildiyimiz kimi, 2022-ci il 1 yanvar tarixindən əməkhaqqı tutulmalarında olacaq dəyişikliklər İcbari Tibbi Sığorta məbləği ilə bağlıdır. İcbari Tibbi Sığorta üzrə hesablamalar aşağıdakı kimi olacaqdır:
- neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortalı tərəfindən – işçinin əməkhaqqısının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə 2022-ci ildən etibarən hesablanmış əməyin ödənişi fondunun 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2 faizi (2021-ci ildə bu 1 % idi);
- neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaolunan tərəfindən – işçinin əməkhaqqısının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2022-ci ildən etibarən 2 faizi (2021-ci ildə 1 faiz idi);
- neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığortalı tərəfindən – işçinin əməkhaqqısının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, hesablanmış əməyin ödənişi fondunun 8000 manatadək olan hissəsinin 2 faizi;
- neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığortaolunan tərəfindən – işçinin əməkhaqqısının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2 faizi.
2022-ci il üçün əməkhaqqıdan hansı tutulmalar olacaq?
Bütün bunlar özlüyündə əməkhaqqının hesablanmasına öz təsirini göstərir. Məsələn, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicisinin aylıq 500 manat əməkhaqqısı olan işçisinin 2021 və 2022-ci il üçün əməkhaqqısından tutulmalarının müqayisəli şəkildə hesablanması aşağıdakı kimi olacaqdır:
2021 | 2022 | |
Əməkhaqqı Məbləği | 500 | 500 |
Gəlir vergisi (işçi tərəfindən) | 0 | 0 |
Pensiya Fondu (işçi tərəfindən) | 36 | 36 |
Pensiya Fondu (işəgötürən tərəfindən) | 89 | 89 |
İşsizikdən Sığorta Haqqı (İşçi tərəfindən) | 2,5 | 2,5 |
İşsizikdən Sığorta Haqqı (İşəgötürən tərəfindən) | 2,5 | 2,5 |
İcbari Tibbi Sığorta Haqqı (İşçi tərəfindən) | 5 | 10 |
İcbari Tibbi Sığorta Haqqı (İşəgötürən tərəfindən) | 5 | 10 |
İşçinin aldığı net əməkhaqqı | 456,5 | 451,5 |
2022-ci il üçün neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən və neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyiciləri üçün nümunəvi əməkhaqqı cədvəlini aşağıdakı linklərdən yükləyə bilərsiniz.
-
[download id=”6963″]
-
[download id=”6960″]
Müəllif: Ramin Ramazanov