Təlimin adı: Məzuniyyət və müavinətlərin hesablanması qaydaları
Təlimin keçirilmə tarixi: 27.07.2022
Məbləğ: Ödənişsiz
Təlimin növü: Onlayn və əyani (Əyani iştirak üçün 30 nəfərlik yer nəzərdə tutulmuşdur)
Ünvan: Caspian Plaza
Qeydiyyatdan keçmək üçün keçidə daxil olmaqla sorğunu tamamlamağınız xahiş olunur: https://forms.gle/
Təlimdə əhatə ediləcək mövzular:
- Məzuniyyət və onun növləri;
- Məzuniyyətlərin hesablanması qaydaları;
- Məzuniyyətlər hesablanması zamanı nəzərə alınan gəlirlər;
- Məzuniyyətlər hesablanması zamanı nəzərə alınmayan gəlirlər;
- Məzuniyyətə görə kompensasiya hesablanması zamanı nəzərə alınmalı məqamlar;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 137 nömrəli qərarı;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 126 nömrəli qərarı;
- Müavinətlər və onların növləri;
- Müavinətlərin hesablanması qaydası;
- Müavinətlər hesablanan zaman nəzərə alınan gəlirlər;
- Müavinətlər hesablanan zaman əlavə iş yerindəki gəlirin nəzərə alınması qaydaları;
- Müavinətlər hesablanan zaman mükafatların nəzərə alınması qaydaları;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 189 nömrəli qərarı;
- Xəstəlik vərəqələrinin doldurulmasi qaydaları (xəstəlik vərəqələri üzərində misallarla izahı).
Təlimçi barədə: Kəmalə Rzayeva
İqtisad Universitetində “Mühasibat uçotu” ixtisası üzrə bakalavr, Bakı Mühəndislik Universitetində “Mühasibat uçotu” ixtisası üzrə magistr təhsili almış və hazırda İqtisad Universitetində “Mühasibat uçotu” ixtisası üzrə doktorantura təhsili alır.
2004-cü ildən etibarən fəaliyyəti fərqli olan müəssisələrdə mühasibatlıq və vergi sahəsində çalışır. Mühasibat və vergi uçotu sahəsində 15 ildən artıq təcrübəyə malikdir. “Karvan-L” elmi istehsalat şirkəti, “Azinterval” MMC, “Azərtunel” MMC, “As-İnşaat N” MMC kimi müəssisələrdə “Baş mühasib” vəzifəsində çalışmışdır. Hal-hazırda mühasibat uçotu və vergi sahəsində fəaliyyət göstərən “Accounting Az” MMC-də “Baş mütəxəssis” vəzifəsində çalışır.
Kəmalə Rzayeva vergi hesabatlarının hazırlanması, mühasibat uçotu, praktiki mühasibatlıq, 1C mühasibat proqramı, beynəlxalq maliyyə uçotu üzrə təlimlər keçmişdir. Tətbiqi, praktiki mühasibat və vergi uçotu sahəsində çoxillik təcrübəyə malikdir.