Keçmiş tarixlə məcburi ƏDV qeydiyyatına alınmış vergi ödəyicisinin ƏDV qeydiyyatının qüvvəyə mindiyi tarixdən aparılan əməliyyatı ƏDV daxil olmaqla aparılan əməliyyat hesab edilir. Bu zaman ƏDV tutulan əməliyyatın dəyəri malın satış qiymətindən ƏDV çıxılmaqla müəyyən edilir.
ƏDV qeydiyyatı qüvvəyə mindikdən sonra vaxtilə təqdim edilmiş mala (işlərə, xidmətlərə) görə alıcıya verilmiş elektron qaimə-faktura “malların qaytarılması istisna olmaqla, bu Məcəllənin 163-cü maddəsinə əsasən” növündə olan elektron qaimə – faktura təqdim etməklə dəqiqləşdirilir. “Malların qaytarılması istisna olmaqla, bu Məcəllənin 163-cü maddəsinə əsasən” növündə olan elektron qaimə-faktura təqdim edildikə “Səbəb” menusundan dəqiqləşdirilmənin səbəbi olaraq “Digər” seçilir və satılmış malın ƏDV-siz dəyəri və ƏDV məbləği müvafiq xanalarda əks etdirilir.
Əsaslandırılma: Vergi Məcəlləsinin 71-1.5.3-cü, 155.1-ci, 157.3-cü, 157.5-ci maddələri, “Elektron Qaimə (E-Qaimə) Altsisteminin İstifadəçi Təlimatı”.
Mənbə: sosial.gov.az
Bax:
İcarədə olan binanın təmir xərclərinin hesablanması
“Malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparılması” dedikdə nə nəzərdə tutulur?
Dividendlərin vergiyə cəlb edilməsi
Hansı mallara görə ödəmə mənbəyində vergi hesablanır?
Kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan şəxslərin vergi güzəştləri və azadolmalar barədə